Домой / Elektron dərsliklər / İlk anlayışlar

İlk anlayışlar

İnformatika kompüter vasitəsilə informasiyanın alınması,yığılması,verilməsi və işlənməsi metodlarını öyrənir.

İnformatika deyəndə istər-istəməz “informasiya” sözü yada düşür.”İnformasiya” sözü adətən məlumat, xəbər mənasında işlənilir.İnformasiyanı qəzetdə yerləşdirir,radio və televiziya vasitəsilə efirə verirlər.Lakin bu, həmin sözün çox dar üzdə olan mənasıdır.Əslində isə informasiya istənilən mətndə, təsvirdə, hətta səsdə də mövcuddur.Nəhayət,açarın quruluşunda, mürəkkəb bioloji molekullarda, kosmik gəmilərə ötürülən radiosiqnallarda da informasiya vardır:açarın quruluşundakı informasiya müəyyən qıfılı açmağa imkan verir;Yerdən verilən radiosiqnallar vasitəsilə kosmik gəmidə mühərrik işə düşür və onu başqa orbitə keçirir;bioloji molekulun strukturundakı informasiya canlı hüceyrə-yeni toxumalar üçün müəyyən zülallar yaratmağa və ya orqanizmə düşən mikrobları məhv etməyə imkan verir.

Bəs “informasiya”nədir?Əfsuslar olsun ki, informatikadakı bu ilkin anlayışın tərifi verilməyib.Bəli, informatika informasiyanın xassələrini öyrənir,lakin bu anlayışın dəqiq tərifini vermir.Burada elə bir qeyri-adi şey yoxdur.Məsələn,həndəsədə nöqtə və düz xəttin tərifi verilməmişdir;onlar tərifi verilməyən ilkin anlayışlar sayılır.Lakin bu, onların xassələrini öyrənməyə, məsəlləri həll etməyə, teoremləri isbat etməyə mane olmur.

 Mənbə:Uşaq Ensiklopediyası

Один комментарий

  1. oxudum cox xosima geldi.ve sizin derslerinizi komputerimde tetbiq etdim.

Оставить комментарий