Домой / İKT xəbər / Avtomobilləri internetlə sığortalamaq mümkündür

Avtomobilləri internetlə sığortalamaq mümkündür

internet sigortaciligi“Atəşgah” Sığorta Şirkəti və avtomobil portalı “auto.az”-ın 2012-ci ilin martından həyata keçirilən birgə layihəsi – “avtosigorta.az” əhaliinternet sigortaciligi arasında onlayn sığortaya olan böyük marağı üzə çıxarıb. Bu barədə Gadirov.com saytının elektron xəbər xidməti “ICTnews» saytına istinadən bildirib ki, Azərbaycanda elektron xidmətlərin, eləcə də onlayn sığorta xidmətinin tətbiqi sığorta polisi əldə etməyin prosesini asanlaşdırmaqla bərabər, bütünlüklə sığorta sahəsinin inkişafına kömək edəcək.

Şirkət  sözçüsünün sözlərinə görə, adıçəkilən layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmadan öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru (http://sigorta.auto.az/) vasitəsilə icbari və avto KASKO polislərinin dəyərini hesablamaqla onlayn rejimdə onları sifariş edə bilər. Sığorta polisi “Atəşgah” SŞ-nin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.

Оставить комментарий