Домой / Elektron dərsliklər / İnternetdə informasiya axtarışı

İnternetdə informasiya axtarışı

İnternet-də informasiya axtarışını asanlaşdırmaq üçün xüsusi serverlərdən istifadə edilir. Bu serverlər müxtəlif informasiya resursları arasında informasiya axtarışını təmin edirlər. Adlar üzrə faylları tapmaq üçün FTP-serverlərdə Archie-serverlərdən istifadə edilir. Menyu bəndlərini axtarmaq üçün Gopher serverlərindəki Veronica axtarış proqramından istifadə edilir. Açar sözlərə görə şəbəkə verilənlər bazasında indeksləşdirilmiş sənədlərin axtarışı WAIS proqramı vasitəsilə həyata keçirilir.

İnternet-in bütün WWW serverlərində informasiya axtarışı çox da asan məsələ deyildir. Bunun üçün aşağıdakı əsas yanaşmalardan istifadə edilir:

Web-indekslərin yaradılması. Bu yanaşmada avtomatik olaraq informasiyanın yığılması, baxış və indekləşdirilməsi xüsusi axtarış proqramları (robotlar) vasitəsilə həyata keçirilir. Bu proqramlara misal olaraq, Alta Vista (http://altavista.com),HotBot        (http://www.hotbot.com), həmçinin Open Text (http: www.open text.com) proqramlarını göstərmək olar. Bu cür axtarış sistemlərinin müsbət cəhətləri onların böyük verilənlər bazasına

malik olması və sorğuların emalının yüksək sürətli olmasıdır.Mənfi cəhəti isə informasya emalının aşağı keyfiyyətdə olmasıdır.

Web-katoloqların yaradılması.Bu yanaşmada katoloqlara malik mövzuyönlü informasiya sistemlərinin təşkili nəzərdə tutulur.Daxil olunan verilənlərin analiz və təsnifatı yüksək ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilir.Bucür axtarış sistemlərinə YAHOO (http.//www.yahoo .com)b və Magellan (http.//magellan.com)proqramlarını aid etmək olar.Bu sistemlərin müsbət cəhəti informasiyanın böyük keyfiyyəti çeşidlənməsi , mənfi cəhəti isə-yaradılması üçün böyük zəhmət tələb olunması və informasiyanın yeniləşməsinin tələb olunmasıdır.

 Hibrid axtarış sistemləri.Bu sistemlərdə indekslərvə mövzular üzrə olan kataloqlardan istifadə etmək olar.Bu cür sistemlərə Lycos (http:www.lycos.com),Excite (http://www.excite.com) və Web Crawler (http://www/wepcravler.com) sistemlərini aid etmək olar. Bu cür sistemlərin  müsbət və mənfi cəhətləri informasiya axtarışı və saxlanmasının 1və11 prinsiplərindən istifadə olunması və həyata keçirilməsi dərəcəsi ilə təyin edilir.

Online məlumatları.Bunlar əl ilə yaradılır vəWeb kataloqlardan fərqli olaraq daxili axtarış mexanizminə malik olmurlar. Buna görə də burada informasiyanın müstəqil axtarmaq lazımdır.Online məlumat proqramlarına aşağıdakıları  aid etmək  olar. Whole  İnternet Gaxabor (http://nearnet.gnn.com/gnn/wic/in.dex.html) Web Server Directory, mövzu üzrə olan məlumat sistemi- Big Book (http://www.big.book.com.) qrafiki təsnifatı Hootvers (http://www.hoovers.com).

CD-ROM-da yerləşən  verilənlər bazaları. Internet-şəbəkə resursları lokal verilənlər bazası şəklində olur. Bu cür məlumat sistemlərinə A.Siqalovun «İnternet-in sarı səhifələri» (Rus versiyası «Elektron  kataloqu»). Quaterdesk firmasının WebCompass axtarış sistemini aid etmək olar. Onların müsbət cəhəti avtonom  rejimdə lazımı  ünvanları  əvvəlcədən axtarmaq  imkanına malik  olması, mənfi cəhəti isə- informasiyanın operativ olaraq yeniləşdirilməsinin mümkün olmamasıdır.

Rusdili axtarış sistemlərinə   aşağıdakıları aid etmək olar.

­                 beynəlxalq Web-indekslər. buraya rus dili  sözləri daxil etmək olar. Buna missal olaraq, Alta Vista (http://altavista.telia.com) sistemini göstərmək olar.

­               axtarış sistemləri. Buraya daxildir CTEK firmasının istehsalı olan Rambler (http://www.rambler .ru), İNTERRUSİA kompaniyasının istehsalı ola «Rus maşın axtarış» (http://search.interrusia .com). Bundan əlavə aşağıdakı sistemlər də mövcuddur. Comptek international (http.//www.cti.ru /arcadia/index.html), Duks (http://www.dux.ru).  

Mənbə:İnformatika dərsliyi

Оставить комментарий