Домой / Elektron dərsliklər / İnternetin qısa tarixi

İnternetin qısa tarixi

İnternet ümumdünya informasiya-kompüter şəbəkəsidir.O,1968-ci ildə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) tərkibində yaradılmışdır. Onun ilk adı ARPANET (Advanced Research Projekt Adency) olmuşdur. Tarixən ilk dəfə ARPANET Kaliforniya Universitetində və Stenford Elmi-Tədqiqat İnstitunda 1969-cu ildə tədbiq edilmişdir. Bu idarələrdə ARPANET-in ilk qovşaqları yaradılmış, sonralar belə bir qovşaq Solt-leyt Siti universitetində də (Yuta ştatı) təşkil edilmişdir. Kompüterləri bir-birilə əlaqələndirmək və onların necə dəyərlər «vahid bir dildə danışmasını» təmin etmək üçün IMP komutasiya paketi (protokolu) işlənmişdir. Protokol əsasında uzaq məsafədə yerləşən dörd kompüter əlaqələndirilmişdi və ancaq «elektron poçt» xidməti icra edilirdi. Sonrakı bir neçə ay ərzində ARPANET-ə qoşulan kompüterlərin miqdarı artdı. Bununla yanaşı, kompüterlərin qarşılıqlı əlaqəsini və şəbəkə proqram təminatının digər problemlərini həll etmək üçün yollar axtarıldı. Bu məqsədlə 1970-ci ildə NCP (Network Control Protocol-şəbəkənin idarə edilməsi protokolu) adlanan protokolun ilk versiyası işlənib hazırlandı. 1972-ci ildə kompüter kommunikasiyasiyalarına dair beynalxalq konfransda ARPANET nümayiş etdirildi. Bu zaman şəbşkə yalnız elektron poçtdan ibarət idi. Həmin il (1972) internetin yaranması ili hesab edilir. Konfransda Amerika alimi Bob Kan açıq şəbəkə arxitekturası ideyasını irəli sürdü. Bu ideya ondan ibarət idi ki, ayrı-ayrı şəbəkələrin arxitekturası və texniki cəhətdən realladırılması İnternetdən asılı olmadan ixtiyari formada qurulmalıdır. Bununla da açıq çəbəkə arxitekturasını dəstəkləyən yeni protokol versiyasının işlənməsi problemi qarşıya çıxdı. 1973-cü ildə Bob Kan və Vint Sert müxtəlif kompüterləri, şəbəkələri və sistemləri vahid standart qaydada əlaqələndirən TCP (Transmission Control-ötürmənin idarəetmə ptotokolu) işləyib hazırladılar. Bu protokol internetdə məlumatların ötürülməsini və istiqamətləndirilməsini təmin edirdi. Sonralar bu protokol iki protokola bölündü:TCP-verilənlər axının idarə edilməsi və paketlərin itirilməsinin neytrallaşdırılması:
IP-ayrı paketlərin ünvanlaşdırılması və istiqamətləndirilməsi. Hazırda TCP/IP internetin baza protokolu hesab edilir. XX əsrin 70-80-ci illərində İnternet ilk növbədə elmi-tədqiqat və komersiya qurumlarının diqqətini cəlb etdi. Həmin dövrdən başlayaraq dünyanın yüzlərlə ölkəsindən milyonlarla istifadəçilər internetlə müxtəlif fəaliyət məsələlərini həll edir. XX əsrin 80-ci illərindən İnternet Avropada, 90-cı illərin ortalarından isə MDB ölkələrində yayılmışdır.
 
Mənbə:  İnformatika dərsliyi

Один комментарий

  1. Dəyərli məlumata görə sizə təşəkkür edirəm.Əlləriniz sağ olsun.

Оставить комментарий