Домой / Elektron dərsliklər / IP adreslər haqqında ümumi məlumat

IP adreslər haqqında ümumi məlumat

IP adresi , İnternet Kontrol Protokolu (İnternet Protokolu) standartını istifadə edən və  bir şəbəkədəki cihazların birbirini tanımaq , birbirile əlaqə qurmaq və məlumat alışverişi etmək üçün istifadə olunan bənzərsiz bir nömrədir. İnternet bağlantısı olan hər bir cihaza aid olan bir İP adresi olmalıdır. Bu adres vəya nömrə , göndərilən məlumatın düzgün ünvana (adres) göndərilməsini , ya da   məlumatın düzgün ünvandan (adres)  alınmasını təmin edir.

Bugün isitfadə olunan iki növ İnternet Protokolu vardır : IPv4 və IPv6 .

IPv4

Bu , hələ də istifadə olunan standart İnternet Protokoludur və 32 bitdən , başqa sözlə səkkiz bitlik 4 rəqəmdən ibarətdir. Bu rəqəmlər , 0 ilə 255 arasında dəyişir .İPv4 protokolundakı bir adres 1.0.0.0 ilə 255.255.255.255 arasında hərhansı bir rəqəm ola bilər . Bu protokolu  isitfadə ederək  4 milyarddan çox adres yaratmaq mümkündür .

IPv6

İP adresləri bloklar halında təsis olunduguna görə , birçox İP adres aralığı istifadə olunmamaqdadır , bu səbəblə artan şəbəkə istifadəçisi sayına görə , daha böyük İP adresinə ehtiyac var. Elə İPv6  da bu ehtiyaca gorə yaradılmışdır. İPv4 –dən fərqli olaraq İPv6 , 128 bit genişliyindədir , bu da  2128   ədəd , başqa sözlə   3 x 1038  ədəd bənzərsiz adres deməkdir.

İP adresi nə işə yarayır?

İP adresi vəya nömrəsi , bugün qanun qaçaqlarından online satışa qədər birçox sahələrdə intensif olaraq istifadə olunan bir məlumatdır . İP nömrəsinə baxaraq istifadəçinin yerləşdiyi ölkəni , şəhəri , dəqiq ünvanı və İSP (İnternet Provayder) tapmaq mümkündür. Bu məqsədlə on minlərcə İP nömrəsini ozündə saxlayan böyük məlumat bazalarına (Database) və İP nömrələrini birbiri ilə müqayisə edə bilən proqramlara ehtiyac var .

İP adresindən Səxsi Məlumatlar (İD İnformation)

İP adresindən dəqiq şəxsi  , telefon və adres məlumatlarına çatmaq olar ? Bu tipli sualların çox insanlar üçün maraqlı olacağını düşünərək bu haqda umumi məlumat vermək qərarına gəldim :

Əgər İP adresi statikdisə və bir yer adı ilə əlaqəlidirsə ,yəni sadəcə dəqiq bir yer adı  (Web səhifə) üçün təsis edilibsə , onda İP adresindən yer adına və əgər “whois” məlumatları düzgündürsə onda Şəxsi (İD) məlumatlara çatmaq mümkündür.

Əgər İP adresi bir səhifəylə əlaqəlidirsə ancaq paylaşılan İP adresidirsə (Shared İP) ,bu halda eyni İP adresi üzərində birdən çox səhifə olacağına görə , sadəcə həmin İP adresini təsis edən hosting servisinin məlumatlarını tapmaq olar .

Əgər İP adresi individual şəxsin internet bağlantısıyla  əlaqəli bir İP –disə , bu halda  individual istifadəçi normal yollarla bu tipli məlumatları əldə edə bilməz . İP adresindən çata biləcəyiniz ən ətraflı məlumat  , İSP (İnternet Provayder)-in unvanı və alaqə mılumatlarıdır . Yəni səhifənizi ziyarət edən vəya sizə mail yazan birinin İP adresindən istifadə edərək həmin adamı bu tipli proqramlarla tapa bilməzsiz.

 Mənbə:etedris.com

2 комментария

  1. Salam.Cox xahis edirem cavab yazasiniz.Zehmet olmasa mene deye bilersinizmi bir nefer menim catda  ip adresini bilir telefon ip adresini.Indi o ip adresile menim hansi syatlara girmeyimi bile bilermi?yoxsa saytlara gore deysilirmi ip adres telefonda.Cox xahis edirem cvab yazardizda

  2. Ayten xanim Ip unvan internetde resursun yerini teyin eden baslica amildir.Elbette ki,gunun muxtelif saatlarinda ip unvan deyisilir.Ip unvanlar statik ve dinamik olur.Statik ip unvan deyisilmeyen unvanlardir.Dinamik ip unvan ise gun erzinde deyisilen unvanlardir.Telefon internete qosulan kimi provayder terefinden ona ip unvan teyin edilir.Qaldi ki,saytlara gore ip unvan deyisilmir.Bezen isletdiyin seyyah(brouzer) ferqli ip unvan gostere biler.Sizin sualinizla baqli internetde kicik sorgu apardim.Turk saytlarinin birinde bele bir faydali menbeye rast geldim.Bu sayti ziyaret etmeye calisin.Birde ki Ip unvani cat ve ya sayt admini bile biler.Meselen siz mene bu ipden yazmisiniz.80.69.53.74
    http://sariyahsiligorkem.blogcu.com/cep-telefonu-ip-numarasi/1308764
    http://www.maxicep.com/cep-telefonlari-genel/cep-telefonu-ip-numarasi-334459.html

Оставить комментарий