Домой / Internet / İp ünvan

İp ünvan

ip unvanƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri İp ünvan adlanan videodərslikdə salamlayıram.Bu videodərslik Bakıip unvan Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 208.220.230.4 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələrlə yanaşı adlardan da istifadə olunur.
Məsələn, bach.bstc.azeri.com .
Burada bach — kompüterin adı (host), bstc — alt domen (subdomain), azeri — domen (domain), com — birinci səviyyəli domen (first level domain). Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS — domain name service) tərəfindən yerinə yetirilir.
Ekranda göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
com —
kommersiya ilə məşğul olan təşkilatlar
edu —
təhsillə məşğul olan təşkilatlar
org —
kommersiya ilə məşğul olmayan təşkilatlar
gov —
hökumət təşkilatları
mil —
ABŞ -ın hərbi təşkilatları
int —
beynəlxalq təşkilatlar
net —
şəbəkə xidmətləri göstərən təşkilatlar
Məsələn: www.nokia.com ; www.openbook.org ; www.ntk.net.
Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlər
az-
Azərbaycan
de —
Almaniya
fr —
Fransa
se —
İsveç
ru —
Rusiya
uk-
Böyük Britaniya və sair.
Məsələn: www.president.az; www.iworld.ru

ip unvanŞəbəkəyə bağlı hər kompüter fərqli IP adresə sahib olmalıdır. TCP/IP tənzimləməsinə girəndə ilk qarşılaşdığımız «Obtain an IP address automatically» kimi seçilmiş olduğunu görəcəksiniz. Yaxşı bu nə deməkdir? XP və Vista açılan zaman ətrafda IP adresini ala biləcəyi DHCP server var yoxsa yox onu kontrol edir. Əgər DHCP server-i tapsa IP adresini ondan alır və işləyir. Əgər ətrafda yəni şəbəkədə DHCP server yoxdursa, XP, Vistada və sonrakı bütün windows versiyalarında da olacaq bir xüsusiyyəti istifadə edir. Özü-özünə IP adresi yaradır və istifadə edir. Əgər heç nə etməsək, bu şəkildə davam etsə və DHCP server də yoxdursa, yuxarıda izah olunduğu kimi kompüter özü-özünə IP adres yaradaraq istifadə edəcəkdir. Bu adresin nə olduğunu Start>Run>CMD ilə işlədəcəyimiz komanda ilə DOS pəncərəsində IPCONFIG yazaraq kompüterin İP-sini öyrənə bilərik.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий