Домой / Excel 2003 / İstifadəçi siyahılarının silinməsi

İstifadəçi siyahılarının silinməsi

Əziz oxucularım bu günki video dərsimizin mövzusu İstifadəçi siyahılarının silinməsi olacaq. Belə ki Exceldə aşağıdakı əməliyyatları aparmaq olar. Məlumdur ki, Excel 2003 proqramında tez-tez işçi vərəqində müəyyən ardıcıllığı təkrar etmək lazım gəlir. Bu cür verilənlərin daxil edilməsini asanlaşdırmaq üçün MS Excel 2003 proqramında istifadəçi siyahıları yaradılması deyilən anlayışdan istifadə olunur. İstifadəçi siyahılarının yaradılması üçün Xidmət-Tools-Сервис menyusuna daxil olub Параметры əmrini seçmək lazımdır.
İstifadəçi siyahılarının silinməsi də çox asandır. İstifadəçi siyahılarının silinməsi üçün Xidmət-Tools-Сервис menyusuna daxil olub Параметры əmrini seçin.
Siyahı-Списки səhifəsinə daxil olun. Siyahı-Списки sahəsində olan olan elementləri qeyd edin və Silmək-Delete-Удалить düyməsini basın və sonra OK-i basın. Beləliklə, siyahı elementləri silindi. Daha ətraflı aşağıdakı videodərsdə…

Müəllif: Şaiq Qədirov

 

Оставить комментарий