Домой / Word 2003 / İzahat mətni

İzahat mətni

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında izahat mətni olacaq.Microsoft Office Word 2003 proqramı hər hansı bir sözə izahat, qeyd və yaxud da haşiyə yazmağı təklif edir. Bunun üçün Yerləşdirmək-İnsert-Вставка menyusunun CсылкаàСноска əmrlərindən istifadə olunur.

İlk öncə proqrama bir söz daxil edək. Məsələn: Windows. Söz qeyd olunur. Daha sonra bunun üçün Yerləşdirmək-İnsert-Вставка menyusunun CсылкаàСноска əmrlərindən istifadə olunur. Açılmış eyni adlı pəncərənin Положение sahəsi izahatın vərəqin aşağısında yerləşməsini təklif edir. Bu ona görə belədir ki, burada Внизу страницы seçilib. Əgər səhifənin yuxarısı olmasını istəsək, bu zaman Внизу текста seçilir.

Формат номера sahəsi nömrələrin formatını təklif edir. Biz Вставить düyməsini sıxdıqdan sonra səhifənin aşağısında xətt çəkildi və 1 qoyuldu. Məsələn: Sonra  Windows sözünə izahat  yazaq: əməliyyat sistemi. Təsdiq üçün sol düyməni istənilən sahədə vurun. Bu zaman sözün yuxarısında 1 rəqəmi yazılacaq. Siçanın göstəricisini həmin sözün üzərinə yaxınlaşdırsaq,  kiçik bir şərh pəncərəsi çıxacaq və həmin pəncərədə izahat veriləcək.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий