Домой / Excel 2003 / Kitabın yadda saxlanılması

Kitabın yadda saxlanılması

Əziz oxucularım bu gün ki video dərsimizin mövzusu Kitabın yadda saxlanılması olacaq. Bunun üçün Excel 2003-də proqramında müxtəlif üsullar vardır. Əgər fayl ilk dəfə yadda saxlanılırsa, Fayl-File-Файл menyusunda olan Save as-Сохранить как əmri seçilir. Qarşıya çıxmış Сохранение документа pəncərəsində Имя файла sahəsində fayla veriləcək adın yazılması təklif olunur. Ad verildikdən sonra faylın yerləşəcəyi yer müəyyən edilir. Daha sonra Сохранить əmri sıxılır. Unutmaq olmaz ki, fayl ilk dəfə yadda saxlanılarkən Fayl-File-Файл menyusunun Save as-Сохранить как əmri seçilir. Mövzu ilə ətraflı tanış olmaq üçün aşağıdakı videodərsliyə keçid alın.

Müəllif: Şaiq Qədirov

2 комментария

  1. Müəllim mövzuya qulaq asdım çox sağ olun

  2. Lakin bilmək istəyirəm ki,proqramı yaratdığı faylın tipi nədir?

Оставить комментарий