Домой / Elektron dərsliklər / Əgər kompüterim donursa nə edim?

Əgər kompüterim donursa nə edim?

Komputerim donursa ne edimƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Bəli hər bir istifadəçi yəqin ki,günün birində bu kimi sualla qarşılaşır və ya bu hadisə onların başına tez-tez gəlir.Əlbəttə bu məqaləmi sizinlə bölüşmək istərdim ki,əgər kompüterimiz donursa,onda nə edək?!
Məlumdur ki,bizim əksəriyyətimizin kompüterində Windows əməliyyat sisteminin müxtəlif versiyaları qurulmuşdur.Hər gün kompüterimizdə olan bu əməliyyat sisteminə müxtəlif proqramlar,oyunlar və sair yükləyib, pozuruq. İstər-istəməz əməliyyat sistemi o qədər «zibillənməyə» başlayır ki,nəticədə kompüter donur və ya tutulur.Və sonda belə qərara gəlirsiniz ki,kompüter format olunmalıdır.Əgər formatı özün edə bilmirsənsə,deməli hansısa birKomputerim donursa ne edim ustanın yanına aparmalısan.Bu isə özlüyündə həm maliyyə itkisi,həm də vaxt itkisi deməkdir.Əlbəttə işin içində özüm olduğu üçün mənimdə rastlaşdığım hallar kifayət qədər çoxdur.Təsəvvür edin.Aparmısız ustanın yanına.Deyək ki,bu usta format etmək hökmünü verdi.Lakin bu sizin problemin ən asan həlli üsuludur.Bir müddət keçdikdən sonra kompüteriniz yenə həmin vəziyyətə düşəcək.Axırda bezəcəksiniz,sizin bahalı kompüteriniz format olunmaqdan korlanacaq.Beləliklə siz kompüterə nifrət etməyə başlayacaqsınız.Onu bağlayıb evin bir küncünə lazımsız bir əşya kimi tullayacaqsınız.Dediyim əlbəttə yeni başlayan istifadəçilərin ən optimal variantıdir.Lakin bir şeyi başa düşmək lazımdır ki,problemdən qaçmaq,kompüteri uzun müddət işlətməmək heç də yaxşı nəticə verməz.Nə isə keçək əsas məsələyə.
Nə etmək lazımdır ki,kompüteriniz daim işlək olsun? Və ya donmağa başladısa bunun qarşısını necə alaq?
İndi sadalayacağım məsləhətlərə elə mənim özümdə əməl edirəm.
Birinci məsləhətim:Kompüterin sərt diskini(yaddaşını) daim təmiz saxlamalı.
Əlbəttə burada söhbət sərt diskin daxili təmizliyindən gedir.Daxili təmizlik dedikdə nəyi nəzərdə tuturam.Deyək ki,siz öz kompüterinizə «nə vaxtsa işlədəm» və ya «vaxtım olsa,bu proqramı yoxlayaram»,nə bilim filakəsin kompüterində bu proqram var,məndə isə yoxdur devizi altında proqram yükləsəz və ya yüklətdirsəz tam əmin olun ki,bu proqramlar sizin kompüterinizə artıq yükdən başqa bir fayda verməyəcək.Məsləhət görərdim ki,işlədə biləcəyiniz və ya sizə bu dəqiqə lazım olan proqramları yazın.Qalanlarını nə vaxtsa ehtiyat duyulsa yazarsınız.
Komputerim donursa ne edimİkinci məsləhətim:İşlətmədiyiniz proqramların silinməsi.
Diqqətlə kompüterinizə yüklənmiş proqramları analiz edin.Əgər onlardan bir çoxu sizə lazım deyilsə onu ənənəvi üsullardan biri vasitəsilə və ya digər proqram silin utilitlər bir ilə silməyə cəht edin.Əlbəttə sual oluna bilər ki,hansı üsulu daha çox məsləhət görərdiniz?.Gəlin bir qədər səbrli olaq.Belə ki,proqramların Windows 7 əməliyyat sisteminin öz proqramı ilə silinməsi barədə bizim videodərsimiz var.Bu videodərsimiz belə adlanır.
1.Proqramın digər üsulla silinməsi
2 Proqram və onun komponentlərinin kompüterdən silinməsi
Lakin bu üsul bir çox hallarda gözlədiyiniz o effekti verməyə bilər.Şəxsən özüm istifadə etdiyim bir sıra proqramlar vardır ki,onları sizə məsləhət görmək istəyirəm.
1.İobit Uninstaller
2Ccleaner
3.Uninstal tool
4.Glary Utilities
və s.
Bu proqramlar kifayət qədər populyar proqramlardır.Bu gün minlərlə proqramistlər və həmçinin az-çox bu sahədə təcrübəsi olan istifadəçilər bunları işlədirlər.İnternetdə demək olar ki,bu proqramların pulsuz versiyallarını tapmaq olar.Proqramları silərkən diqqətli olun ki,sistem lövhəsinin,səs kartının,videoadapterin,şəbəkə kartının və digər kompüterin işləməsi üçün lazım olan proqramları silməyəsiniz.
Üçüncü məsləhətim: Windows reyestrinin təmizlənməsi.
Komputerim donursa ne edimƏlbəttə lazımsız proqramlarınızı kompüterdən uzaqlaşdırdıqdan sonra hökmən Windows reyestrinin təmizləyin.Unutmayın ki,reyestr təmizləyərkən onun ehtiyat nüsxəsini çıxardın.Birdən lazım oldu.Bunun üçün bir sıra proqramlar mövcuddur.Tövsiyyə etdiyim proqramlar aşağıdakılardır:
1Ccleaner
2.Advanced System Care
3. Auslogics BoostSpeed

Və buna oxşar digər proqramlar.Bir məsələnidə qeyd edim ki,bu proqramların lisenziyalı versiyaları yükləsəniz daha effektli nəticə əldə edəcəksiniz.
Dördüncü məsləhətim:Avtomatik yüklənən proqramların söndürülməsi.
Komputerim donursa ne edimBelə ki,proqramların bir qismi kompüterə instalizasiya olunduqda onlar özünün bəzi işlək fayllarını Avtomatik yüklənən proqramlar adlanan qovluğa yerləşdirir.Nəticədə kompüter işə salınarkən əməliyyat sisteminin lazımlı faylları ilə birlikdə onlarda yüklənir.Beləliklə kompüterin yüklənməsi gecikir. Avtomatik yüklənən proqramların kompüterdən çıxardılması üçün bir sıra proqram vasitələri mövcuddur.İstər Windows əməliyyat sisteminin öz funksiyasının köməyi ilə istərsədə aşağıda sadaladığım proqramların köməyi ilə bunu etmək olar.
1.Cceaner
2. Auslogics BoostSpeed
3 Glary Utilities

Beşinci məsləhətim:Sərt diskin defraqmentasiyasını aparmaq.
Komputerim donursa ne edimMütəmadi olaraq sərt diskin fraqmentasiyası haqqında analiz etmək.Lazım gəldikdə defraqmentasiya aparmaq.Bunun üçün bir sıra üsul və proqram vasitələri mövcuddur.Onlardan bəzilərini sadalayım.
1.Əməliyyat sisteminin öz proqramı ilə
2.Smart Defraq
3. Glary Utilities
4. Auslogics Disk Defrag
5. Defraggler

Altıncı məsləhətim:Sistem diskində boş yerin olub-olmamasına nəzarət etmək.Komputerim donursa ne edim Bu məsələ sadə görünsədə əslində yeni istifadəçilərin yaratdığı və mənim ən çox rastlaşdığım problemlərdən biridir.Belə ki,burada məntiqi bir əsas var.Məlumdur ki,kompütürə yüklənmiş əməliyyat sisteminin optimal işləməsi üçün ona hökmən gərəkli miqdarda yer lazımdır.Əlbbətdə söhbət proqramların yükləndiyi C: diskindən gedir.Windows 7 əməliyyat sisteminin optimal işləməsi üçün C: diskində hökmən 4-5 Qbayt yer lazımdır.
Beləliklə, əziz oxucularım bu mənim sizə verəcəyim və özümün tətbiq etdiyim məsləhətlər idi.Əlbəttə şad olardım ki,sizdə özünüzün tətbiq etdiyi üsul və proqram vasitələrini mənimlə bölüşəsiniz.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Оставить комментарий