Домой / Elektron dərsliklər / KOMPÜTERİN DAXİLİ DİLİ

KOMPÜTERİN DAXİLİ DİLİ

Sadə şəkildə kompüter iki hissədən ibarətdir-informasiyanın saxlandığı yer, yaddaş və mərkəzi prosessor (MP;onun işləndiyi yer). Üçüncü element-saat və ya takt generatoru-informasiyanın yaddaşa verilməsini və alınmasını, bu məlumatın MP-də işlənməsini tənzimləyir.

Sıfır və vahidlər şəklində saxlanılan infomasiya çoxlu sayda hissələri olan kompüter yaddaşını təşkil edir.Kompüterdə informasiyaya nəzarət etmək və lazım olanda ona müraciət etmək üçün yaddaşın hər hissəsi müəyyən ikilik ünvanla işarə olunur.Yaddaşda həm verilənlər, həm də verilənləri işləmək üçün əmrlər yerləşir.

MP-in registr adlanan bir neçə işçi hissəsi var.MP-nin işlədiyi vaxt orada əmrlər, verilənlər və yaddaşın ünvanları saxlanılır.MP-nin daha bir hissəsi-hesab-məntiq qurğusu vardır ki,burada məlumatın işlənməsi yerinə yetirilir.

Yaddaş və Mp kompüterin saatının(takt generatorunun) göndərdiyi elektrik impulsları ilə idarə olunur.Kompüterin bütün hissələrinin ritmini müəyyən edən və tənzimləyən bu saat daha çox metronoma bənzəyir.Müasir kompüterlərdə saatların tempi saniyədə milyard impulsla ölçülür və bu, əslində,mürəkkəb əməllərin ani olaraq yerinə yetirilməsinə imkan verir.

Mənbə:Uşaq Ensiklopediyası

Оставить комментарий