Домой / İKT xəbər / “Facebook” hər gün milyardlarla «layk» emal edir

“Facebook” hər gün milyardlarla «layk» emal edir

Dünyanın ən böyük sosial şəbəkəsinin vitse-prezidentinin sözlərinə görə, xidmət hər gün yüz milyonlarla foto və milyardlarla "layk" emal edir.
"ICTnews.az" elektron xəbər xidməti "infox.ru" saytına istinadən bildirir ki, "Facebook" şirkətinin infrastruktur tərtibatı üzrə vitse-prezidenti Cey Parix xidmətlə bağlı məlumatların çox hissəsinin bir "klaster"də saxlanıldığını və disk sahəsinin ümumi tutumunun 100 petabaytdan çox təşkil etdiyini qeyd edib.
Cənab Parixin sözlərinə görə, bu klasterin tutumu istənilən digər şirkət tərəfindən istifadə edilən müvafiq sistemləri üstələyir. Resurs hər 30 dəqiqədən bir təxminən 105 TB məlumatı yoxlayır.
Bu prosedur "Facebook"-un tərtibatçılar komandasının öz proqram hazırlamalarının işləmək qabiliyyəti haqqında daim məlumatının olması üçün lazımdır.
Bundan əlavə, sosial şəbəkə hər gün 2,7 milyard "layk", istifadəçilərin yüklədiyi 300 milyon foto və 70 min axtarış sorğusu emal edir. Şirkətin vitse-prezidenti, həmçinin vurğulayıb ki, ən mühüm məsələlərdən biri məlumatların icazəsiz girişdən müdafiəsidir.
Hər belə hal qeydə alınır və yazılır. Əgər belə hal müəyyən olunarsa, administrasiya dərhal müvafiq tədbirlər həyata keçirir.

Mənbə:"ICTnews.az"

Оставить комментарий