Домой / İKT xəbər / Ən böyük “LED” televizor istehsal edilib

Ən böyük “LED” televizor istehsal edilib

 

"Sharp" şirkəti 90 düymlü ekrana malik "LC-90LE745U" televizoru istehsal edib. Yaponiya istehsalçısının sözlərinə görə, bu, dünyada  ən böyük "LED" televizordur. "Full HD" təsvir ölçüsünə malik  televizor stereoskopik təsviri əks etdirə bilir və "Wi-Fi" modulla təchiz edilib.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, televizorun qiyməti 11 min dollardır, model dəstinə 2 cüt "3D" eynək daxildir.

Mənbə:İctnews.az

Оставить комментарий