Домой / Mega Bulud Servisi / Mega hostinqində qeydiyyat

Mega hostinqində qeydiyyat

Salam əziz dostlar, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Mega hostinqə həsr olunmuş ikinci video dərsliyimdə salamlayıram.Bu gün ki video dərsimizin mövzusu Mega hostinqdə qeydiyyat qaydası olacaq. Odur ki, video dərsliyimizdə göstərilən təlimatı addım-addım yerinə yetirməklə həmin hostinqdən qeydiyyatdan keçməklə yeni istifadəçi yaradın. Arayış üçün deyim ki, biz Mega virtual yaddaş servisinin (hostinqi) tarixi və onun üsün cəhətləri adlanan birinci video dərsliyimizdə bu barədə ətraflı məlumat vermişdik.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Saytın interfeysi

Bildirmək istəyirəm ki, bu mövzuya aid silsiləvi video dərsliklərin çəkilişini planlaşdırıram. Bu bizim ilk video dərsimiz olduğu üçün ilk dərs adətən məlumat xarakteri daşıyır. Odur ki, bu servisin tarixi haqqında məlumat vermək və onun üstün cəhətlərini izah etmək bir vətəndaş kimi borcumdur. Buna görə də mega hostinqindən istifadə edən hər bir şəxs onun üstün cəhətləri haqqında məlumatı olmalıdır.

Mega hostinqində qeydiyyat 

Yandexdən fərqli olaraq Mega hostinqində qeydiyyatdan keçmiş hər bir istifadəçiyə 50 GB pulsuz virtual yaddaş təklif edir. Bu isə onu göstərir ki, internet bazarında elə bir hostinq yoxdur ki, bu qədər yeri istifadəçilərə pulsuz təklif etsin. Məhz belə bir imkanın Mega hostinq tərəfindən təklif olunması onu fərqləndirən əsas cəhətlərdən biridir. Başqa bir üstün cəhəti məlumatın göndərilməsi zamanı onun şifrələnməsidir. Bu səyyah üzərinə quraşdırılmış xüsusi AES alqoritminin köməyi ilə həyata keçirilir.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Nəticədə məlumatın göndərilməsi və onun başqa istifadəçi tərəfində əldə olunarkən şifrə olmadıqda oxuna bilməməsi informasiyanın qorunması və internet məkanında icazəsiz olaraq paylaşılmasının qarşısını almış olur. Bu servisin belə üstünlüyə malik olması onu rəqiblərdən fərqləndirən əsas cəhətlərdən biridir.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Dil seçimi

Video dərslikdən göründüyü kimi saytın interfeysi rus dilindədir.Saytın interfeysi o qədər sadə qurulub ki, burada istifadəçiləri yoran digər elementlər yoxdur. Saytın dilini dəyişmək üçün cari dil yazılan düymənin üzərində siçanın göstəricisi vurulur. Beləliklə dünyanın 20 ölkəsinə məxsus dil seçimi bizi salamlayır.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Dil seçimi

Həmçinin daha 20 dildə saytı beta rejimdə fəaliyyət göstərən rəsmi səhifəsi mövcuddur.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Dil seçimi

Hansı dildə saytın istifadəsi sizin üçün rahatdırsa, onda həmin dili seçməklə Сохранить düyməsi vurulur. Beləliklə saytın cari və digər səhifələri seçdiyiniz dilə uyğun dəyişir. Bizim nümunədə bu rus dili olacaq. Saytın dil interfeysi ilə bağlı məsələni həll etdikdən sonra artıq bu saytdan qeydiyyatdan keçmək imkanı yaranır.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Saytda qeydiyyat düyməsi

Bunun üçün saytın sol yuxarı küncündə yerləşən qırmızı rəngdə mövcud olan Создать учётную запись düyməsi sıxılır. Açılan növbəti səhifədə pulsuz qeydiyyat üçün tələb olunan 5 sahəni doldurmalıyıq. Qeydiyyat zamanı adımız (Имя), soyadımız (Фамилия), elektron poçt ünvanımız (Электронный адрес), şifrəmiz (Пароль) və şifrənin təkrar daxil edilməsi (Введите пароль ещё раз) sahələri doldurulmalıdır. Əgər göstərilən elektron poçt ünvanımız (Электронный адрес) sahəsində ünvan düzgün daxil edilməzsə və ya elektron poçt ünvanımız bağlı olarsa, onda saytda yeni istifadəçini təsdiqləmək mümkün olmur. Çünki məhz elektron poçta göndərilən keçid vasitəsilə siz mövcud istifadəçinizi təsdiqləyə bilərsiniz. Bunu diqqətinizdə saxlamağınızı tövsiyyə edirəm.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Doldurulacaq sahələr

Qeydiyyat zamanı şifrənin yazılması sonradan faylın şifrələnməsində əsas açar rolunu oynayır. Digər bir məsələ şifrənin yadda çıxması ilə bağlı saytın verdiyi tövsiyyədir. Əgər şifrənizi bu və ya digər səbəbdən unudarsınızsa, onda tam əmin olun ki, onun bərpası mümkün deyildir.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Tövsiyyə olunanlar

Nəticədə şifrənin unudulması istifadəçinin bağlanmasına səbəb olur. Odur ki, qeydiyyat zamanı elə şifrə seçilməlidir ki, onu yadda saxlamaq mümkün olsun. Və ya şifrəni kompüterinizdə və bloknotunuzda qeyd etməlisiniz. Növbəti bir tövsiyyə sayt tərəfindən verilir ki, kompüterimiz nə qədər etibarlıdırsa, istifadəçinizində qorunması o qədər etibarlı olur. Bu o deməkdir ki, etibar etmədiyiniz qurğu vasitəsilə öz şəxsi səhifənizə daxil olmayın.Mövcud təlimatı yerinə yetirdikdən sonra Создать учётную запись düyməsi sıxılır. Açılan növbəti səhifədə qeydiyyatın müvəffəqiyyətlə tamamlanması haqqında bildiriş verilir. Həmin bildirişdə elektron poçt ünvanımıza Mega hostinq tərəfindən gondərilmiş məktubun təsdiq olunması tələb olunur.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Elektron poçtdakı aktivləşdirmə düyməsi

Həmin məktubu elektron poçt qutumuzdan tapırıq və təsdiq üçün verilmiş linki vururuq. Həmin düymə Activate Account düyməsidir. Təsdiq linki vurulduqdan sonra biz saytın növbəti səhifəsinə keçirik. Həmin səhifədə sayta daxil olmaq üçün sadəcə elektron poçt ünvanımızı və şifrəmizi yazırıq və Вход düyməsini sıxırıq.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Sayta giriş qaydası

Nəticədə Mega virtual yaddaş hostinqinə daxil oluruq.

Mega hostinqində qeydiyyat, qeydiyyat qaydasi

Sayta ilk dəfə daxil olarkən

Beləliklə biz Mega hostinqdə qeydiyyat mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün ikinci video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий