Домой / Pul qazanmaq / Məktub oxumaqla pul qazanmaq

Məktub oxumaqla pul qazanmaq

Məktub oxumaqla pul qazanmaq mövzusu internetdə pul qazanmaqla bağlı qələmə aldığım sayca dördüncü böyük video dərsliyimdir. Qeyd etmək istəyirəm ki, seosprint saytı ilə bağlı üç böyük video dərsliyim artıq Video Dərs kanalında yayımlanılır. Əgər bu mövzuya həsr olunmuş video dərsliklərə maraq göstərirsinizsə, o zaman seosprintdə məktub oxumaqla pul qazanmaq bu sahəyə həsr olunmuş video dərsliklərdən biridir. Əgər siz seosprint saytından yeni qeydiyyatdan keçmisinizsə, o zaman ilk növbədə seosprint saytında statusun dəyişdirilməsi ilə bağlı video dərsliyimə baxmısınız tövsiyyə olunur. Çünki statusu dəyişilməyən istifadəçi sonradan seosprint saytında qazandığı pulları reallaşdıra bilmir. Odur ki, ilk növbədə istifadəçimizin statusu Рабочий olmalıdır.Məktub oxumaqla pul qazanmaqİndi isə mövzumuza qayıdaq. Sizinlə bir yerdə məktub oxumaqla pul qazanmaq üsulunu öyrənək. Saytın sol tərəfindəki Зарабатывать menyusunda pul qazanmaq üçün dörd bölmə təklif olunur.Bu bölmədən ikincisi Чтение писем-Məktub oxumaq bölməsidir.Məktub oxumaqla pul qazanmaqHəmin bölməyə keçid almaq üçün üzərində bir dəfə klik olunur. Gördüyümüz kimi Чтение писем-Məktub oxumaq bölməsinə daxil oluruq. Bu siyahıda xeyli sayda məktublar vardır ki, onu oxumaqla pul qazanmaq olar.Məktub oxumaqla pul qazanmaqMəktub oxumaqla pul qazanmaq bölümündə olan reklamların dəyəri saytlara baxmaqla pul qazanmaq bölümündə olan reklamların dəyərində xeyli yuxarıdır. Yəni adi baxışa nisbətdə burada verilən qiymət xeyli yuxarıdır. Lakin bu bölmədə çətinlik ondan ibarətdir ki, əgər siz rus dilini bilmirsinizsə, o zaman məktub oxumaqla pul qazanmaq bölümü bir qədər çətin görünə bilər. Əgər elə bir probleminiz yoxdursa, o zaman bu bölmədə olan tapşırıqları rahatlıqla həll edə bilərsiniz.

Məktub oxumaqla pul qazanmaq

Qeyd etmək istəyirəm ki, hər bir məktubun qarşısında onun sayı göstərilir. Həmin məktuba görə ödəniləcək məbləğ verilir. Məbləğin aşağı hissəsində bir sıra düymələr vardır ki, onlar vasitəsilə bir sıra tənzimləmələri aparmaq olar. Bu barədə ətraflı video dərslikdə deyilir.Məktub oxumaqla pul qazanmaqİndi isə istənilən məktub üzərində klik etməklə onu oxuyaraq pul qazanaq. Bunun üçün həmin linkə klik edək. Gördüyümüz kimi məktubun mətni açıldı.Məktub oxumaqla pul qazanmaqİndi isə məktubun mətninə diqqət yetirək. Burada tapşırığın mətnində bizdən nə tələb olunur. Cavab olaraq biz hansı varinatı seçməliyik. Əgər sizin rus dili ilə bağlı probleminiz yoxdursa, rahat oxuyub anlaya bilirsinizsə, onda verilmiş suala uyğun cavabı asanlıqla tapa bilərsiniz. Başqa bir üsul həmin mətni tərcümə ilə məşğul olan saytların birində tərcümə etməklə tapmaq olar. Üçüncü üsul isə cavabın mətnin daxilində verilmiş rəqəmə uyğun olaraq tapılmasıdır.Məktub oxumaqla pul qazanmaqCavab üzərində siçan vasitəsilə bir dəfə klik olunduqda məktubda verilən reklam saytına keçid alınır. Burada taymer sadalanmağa başlayır.Məktub oxumaqla pul qazanmaqTaymer bitdikdən sonra sadə riyazı hesablama tələb olunur. Bunun cavabını mövcud xanalarda verilmiş rəqəmin üzərində klik etməklə robot olmadığımızı təsdiqləyirik.Məktub oxumaqla pul qazanmaqBeləliklə biz həmin məktubu oxuyaraq pul qazandıq. Bu münvanlla digər məktubları da oxuyub qazana bilərik.
Beləliklə biz Seosprində məktub oxuyaraq pul qazanmaq mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim internetdə pul qazanmaq istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий