Домой / Word 2007 / Mətnin və obyektin seçilməsi

Mətnin və obyektin seçilməsi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Mətnin və obyektin seçilməsi olacaq. Əvvəlcə onu bildirim ki, istər mətn, istərsə də obyekt üzərində formatlaşdırma əməliyyatları apararkən həmin söz, cümlə, abzas və ya bütövlükdə mətn qeyd olunmalıdır.

Mətnin və obyektin seçilməsi

Bu video dərsimizdə biz mətn və obyektlərin seçilməsi üsullarını öyrənməyə çalışacağıq. Mətnimizdə olan hər hansı bir sözün seçimi üçün siçanımızın göstəricisini həmin sözün üzərinə gətirərək iki dəfə sıxmaq lazımdır.Mətnin və obyektin seçilməsiƏgər biz verilmiş abzası seçmək istəyiriksə, o zaman siçanımız göstəricisi abzas üzərinə yaxınlaşdırıb üzərində üç dəfə klik edirik.Mətnin və obyektin seçilməsiBundan başqa Microsoft Word 2007 proqramı digər üsullardan istifadə edərək seçim etməyi istifadəçiyə təklif edir. Bu üsulların bir qısmini Microsoft Word 2003 proqramını keçərkən öyrənmişdik. Deyək ki, bizə hər hansı bir sətri seçmək tələb olunursa, onda siçanımızın göstəricisini sətrin əvvəlinə yaxınlaşdırırıq. Ox işarəsi yaradıqdan sonra bir dəfə klik edirik.Mətnin və obyektin seçilməsiGördüyümüz kimi sətrimiz qeyd olundu. Əgər biz siçanımızın sol düyməsini sıxıb saxlayaraq aşağıya doğru hərəkət etdirsək, o zaman abzasımızı seçmiş oluruq. Microsoft Word 2007 proqramında seçim üçün təklif olunan üsullardan biri də Главная-Əsas lenti üzərində mövcud olan Выделить-Seçim düyməsidir.Mətnin və obyektin seçilməsi Bütövlükdə mətnin qeyd olunması üçün Главная-Əsas lenti üzərində mövcud olan Выделить-Seçim düyməsi sıxılır.Açılan menyudan Выделить все sətri seçilir.Mətnin və obyektin seçilməsiВыделить-Seçim menyusunda olan digər sətir Выбор обьектов-Obyektlərin seçimi sətridir. Microsoft Word 2003 proqramında məhz bu sətir düymə şəklində rəsm alətlər panelinə bərkidilmişdir.Mətnin və obyektin seçilməsiMicrosoft Word 2007 proqramında isə bu sətr məhz Выделить-Seçim menyusunun daxilində verilmişdir. Nümunə olaraq mətnimizin aşağı hissəsində iki obyekt çəkmişik. Gəlin həmin obyektlərin hansı üsulla seçim aparıldığını öyrənək. Bunun üçün Выбор обьектов-Obyektlərin seçimi sətri aktivləşdirildikdən sonra kursorumuzu obyektlərin kənarı hissəsinə yaxınlaşdırıb sol düyməni sıxırıq. Sonra isə kursorumuzu əvvəlcə sağa sonra isə aşağıya doğru hərəkət etdiririk.Mətnin və obyektin seçilməsi Gördüyümüz kimi obyeklərimiz seçildi. Bundan sonra seçilmiş obyektlər üzərində müxtəlif formatlaşdırma əməliyyatlarını aparmaq olar. Eyni formata malik olan sözlərin seçilməsi üçün Выделить-Seçim menyusunun daxilində Выделить текст,имеющий такой же формат sətri seçilməlidir. Klaviatura vasitəsilə seçim aparmaq mümkündür. Bunun üçün klaviaturada Shift düyməsindən geniş istifadə olunur. Deyək ki, bizə hər hansı bir mətndə olan sözü, söz birləşməsini, cümləni və ya bütövlükdə abzası seçmək tələb olunur. Bunun üçün siçanımızın göstəricisini sözün əvvəlinə yerləşdiririk. Sonra isə klaviaturada Shift düyməsi sıxılı saxlamaqla kursorumuzu idarə edən ox düymələrinin köməyi ilə hissə-hissə seçim apara bilərik.Mətnin və obyektin seçilməsiKlaviatura vasitəsilə bütövlükdə səhifədəki mətnin seçilməsi üçün klaviaturada əvvəlcə CTRL düyməsini sonra isə A hərfini vurmaqla aparmaq olar.Mətnin və obyektin seçilməsiKursorumuzun dayandığı mövqedən mətnimizin sonuna kimi seçim aparmaq üçün CTRL+SHİFT+END düymələr kombinasiyası bir yerdə sıxılmalıdır.Mətnin və obyektin seçilməsiSeçim üçün tətbiq olunan üsullardan biri də həm klaviatura, həm də siçan vasitəsilədir. Belə ki, hər hansı abzasın seçilməsi üçün kursorumuzu abzasın əvvəlində olan sözün qarşısına yerləşdiririk. Sonra isə abzasın sonuna gələrək əvvəlcə Shift düyməsini sıxırıq və siçanımız sol düyməsi ilə bir dəfə klik edirik.
Beləliklə biz Mətnin və obyektin seçilməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий