Домой / Word 2003 / Mətnin yerdəyişməsi və surətinin çıxardılması

Mətnin yerdəyişməsi və surətinin çıxardılması

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında mətnin kəsilməsi, surətinin çıxarılması və yerləşdirilməsi olacaq.Qeyd etmək lazımdır ki, bu əməliyyatları görmək üçün Microsoft Office Word 2003 proqramı kifayət qədər alternatıv üsullar təklif edir.İstər mətnin yerini dəyişərkən, istər surətini çıxararkən, istərsə də yerləşdirərkən Microsoft Office Word 2003 üç üsul təklif edir. Bunlardan biri menyu əmri və eləcə də kontekst menyu ikincisi, proqramın alətlər lövhəsinin düymələri vasitəsilə və sonda üçüncüsü, klaviatura düymələri vasitəsilədir. Mətnin yerdəyişməsinin və surətinin çıxarılması üçün ilk növbədə biz faylı ekrana çağırmalıyıq. Bunun üçün alətlər lövhəsində olan Açmaq-Open-Открыть düyməsini sıxın. Beləliklə, ekranda Открытиедокумента adlanan bir pəncərə açılacaq. Həmin pəncərədə yadda saxladığınız faylı tapın və seçin. Bundan sonra Açmaq-Open-Открыть düyməsini vurun. Beləliklə, yadda saxladığımız fayl ekrana çağırıldı. Əgər mətnin hər hansısa bir hissəsini yeni mövqeyə yerləşdirmək lazımdırsa, onda satandart alətlər zolağında olan Kəsmək-Cut-ВырезатьYerləşdirmək-Вставить-Paste düyməkərindən istifadə olunur. Bunun üçün sənədin lazımi fraqmentini qeyd edin. Sonra standart alətlər zolağında olan Kəsmək-Cut-Вырезать düyməsindən istifadə edin. Gördüyümüz kimi mətn göstərilmiş hissədən kəsildi. Mətni yeni mövqeyə yerləşdirmək üçün ilk növbədə kursorda yeni mövqe göstərin. Bundan sonra standart alətlər zolağında Yerləşdirmək-Вставить-Paste düyməsini sıxın. Gördüyümüz kimi həmin mətn göstərildiyi yerə yerləşdi. İstər kəsərkən, istər surətini çıxarərkən mətn mübadilə buferi-Буфер обмена Office deyilən xüsusi bir yerə düşür. Mövzu ilə ətraflı tanış olmaq üçün aşağıdakı videodərsliyə baxın.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий