Домой / İKT xəbər / “Microsoft” nəhəng sensor ekran istehsalçısını satın alacaq

“Microsoft” nəhəng sensor ekran istehsalçısını satın alacaq

“Microsoft” korporasiyası “Perceptive Pixel” şirkətini satın alacaq. Məlumat üçün bildirək ki, “Perceptive Pixel” şirkəti eyni zamanda bir neçə toxunuşa reaksiya göstərə bilən sensor ekranlar hazırlayır.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, bu saziş haqqında “Microsoft”un direktoru Stiv Balmer Torontoda keçirilən “WPC” konfransında elan edib.

“Perceptive Pixel” şirkəti 27, 55 və 82 düym diaqonala malik  ekranlar istehsal edir. Onlar müəssisələrdə istifadə üçün nəzərdə tutulub. Məhsulların qiyməti 180 min dollara qədər təşkil edir.

İstifadəçinin ekranı divarda yerləşdirəcəyi təxmin edilir.

Stiv Balmer kabinetində “Perceptive Pixel” şirkətinin istehsalı olan  ekran istifadə edir. Amerikanın “CNN” telekanalı “Perceptive Pixel” şirkətinin istehsalı olan böyük ekranı 2008-ci ildə ABŞ-da seçkiqabağı kampaniyanın işıqlandırılmasında istifadə etmişdi.

Mənbə:“ICTnews.az

Оставить комментарий