Домой / Word 2010 / Microsoft Word 2010 proqramına giriş

Microsoft Word 2010 proqramına giriş

Word 2010 proqramına giriş,Microsoft Word 2010

Word 2010 proqramının pəncərəsi

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Microsoft Word 2010 proqramına həsr olunmuş ilk videodərsliyimdə sizləri salamlayıram.Çox saylı müraciətləri nəzərə alaraq bu videodərslərin çəkilişlərinə başlamışam.Ümid edirəm ki,bu videodərslər seriya şəkilində daha kefiyyətli formatda oxucularımın ixtiyarına veriləcək.Və tam olaraq təmənnasız və heç bir maliyyə dəstəyi olmadan öz imkanlarım hesabına həyata keçiriləcəkdir.Bu videodərsliklərim yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Microsoft Word 2010 proqramına giriş

Word proqramının digər versiyalarında olduğu kimi Word 2010 proqramının interfeysində də xeyli dəyişiklik baş vermişdi.Bu barədə sonrakı videodərslərdə ətraflı məlumat veriləcəkdir.Əvvəlcə Word 2010 proqramına giriş və onun haqqında ətraflı məlumat əldə edək.Bildiyimiz kimi Word 2010 proqramı sənədlərin,broşüra və kitabların,ərizə və arayışların,cədvəllərin,sadə qrafik sxemlərin çəkilməsi və yaradılması üçün unikal mətn prosessoru sayıla bilər. Ümumiyyətlə Word proqramının işə salması barədə istifadə olunan üsullar haqqında əvvəlki videodərslərimdə öyrənmisiniz.Əlbəttə yeni başlayan istifadəçilərə bu üsulları yenidən göstərmək fikrindəyəm.Gəlin Word 2010 proqramını ekrana çağırmaq üçün bir neçə üsulu öyrənək.

Word 2010 proqramına giriş,Microsoft Word 2010

Word 2010 proqramının simgəsi

Word 2010 proqramına giriş,Microsoft Word 2010

Word 2010 proqramına aid fayl

Əgər Word 2010 proqramının simgəsi sizin iş masanızda mövcuddursa,onda onun üzərində siçanın sol düyməsini iki dəfə sıxmaqla onu işə salmaq olar.Digər bir üsul isə ənənəvi metoda söykənir.Yəni proqramı ekrana çağırmaq üçün Başla(Пуск) menyusuna daxil olub,əvvəlcə Все программы sətrini sonra isə Microsoft Office qovluğunu seçirik.Açılan siyahıdan Microsoft Word 2010 sətri üzərində siçanın sol düyməsini bir dəfə vururuq.Beləliklə Word 2010 proqramının pəncərəsi ekranda açıldı.Üçüncü üsul isə proqrama məxsus faylı üzərində iki dəfə sol düymənin sıxılmasıdır.

Ümumiyyətlə Microsoft Office proqramı böyük bir paketdir.Tərkibində təxminən 7-8 ədəd proqram var.Məsələhət görərdim ki, Microsoft Office proqramlar toplusunu kompüterə yükləndiyi zaman yalnız sizə gərəkli olan proqram olan proqramları vurasız.Belə olduqda Microsoft Office paketi sizin kompüterinizə çox kiçik həcmdə yüklənir.Kompüterdə işlətmək isə olduqca rahat olur.

Beləliklə biz Microsoft Office Word 2010 proqramına giriş dərsi ilə tanış olduq.Ekrana çağırmağın üç üsulunu öyrəndik.Növbəti dərslərimizdə biz Word 2010 proqramının interfeysi ilə tanış olacağıq.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu videodərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий