Домой / Elektron dərsliklər / 6-CI NƏSİL MİKROPROSESSORLARI

6-CI NƏSİL MİKROPROSESSORLARI

1995-ci ildə lntel firması takt tezliyi 150 Mhs olan Pentium Promikroprosessorunun istehsalına başlayır. Müəyyən müddətdən sonra firma müxtəlif variantlarda,takt tezlikləri 166,180 və 200 Mhs olan mikroprosessorunu buraxır. Mikroprosessor 32 bitlik proqramla işləyən kompüterlər üçün nəzərdə tutulmuşdu. Mikroprosessor Pentium mikroprosessorunanə nəzərən 32 bitlik proqramı 1.5 dəfə cəld yerinə yetirirdi. Bundan əlavə, Pentium Pro mikroprosessorunda müəyyən qədər təkmilləşdirilmiş riyazi soprosessordan istifadə edilməsi mikroprosessorun müsbət xüsusiyyəti sayıla bilər.

Tərkibində Pentium Pro mikroprosessoru olan kompüterlərdən server  şəbəkəsi kimi istifadə edilir.
Artıq 1997ci ildə lntel firması Pentium Pro mikroprosessorunu modernləşdirərək ona MMX genişlənməsini əlavə etməklə yanaşı mikroprosessoramüəyyən sxemotexniki dəyişiklik əlavə edir. Yaradılmış yeni mikroprosessora Pentium ll adı verilir. Mikroprosessor 233,266,300,333,350, və 400Mhs takt tezliyində işləyirdi.
Pentium II ikroprosessorundan istifadə etməklə düzəldilmiş fərdi kompüterlər 32 bitlik proqramlarla işləyən Pentium və  Pentium MMX mikroprosessorları əsasında düzəldilmiş kompüterlərə nəzərən 2-10 dəfə çox məhsuldarlığa malikdirlər. Bu fərq 16 bitlik proqramlarla işləyən  mikroprosessorlarda az nəzərə çarpır.
Pentium II mikroprosessorunun əsas tətbiq sahələri server şəbəkələri, elmi hesablamaların aparılması, işçi və qrafik stansiyalar və sairədir.
Qeyd etmək lazımdır ki,AMD firması Pentium ll mikroprosessoruna uyğun olan k6 mikroprosessorunu iki həftə tez istehsal edir. K6 mikroprosessoru MMX genişlənməsinə malik olmaqla yanaşı, 32 və 16 bitlik proqramlarla optimal işləyir. K6 mikroprosessorunun mümkün MMX genişlənməsinə daxil olmaqla yanaşı, 32 və 16 bitlik proqramlarla optimal işləyir.k6 prosessorunun mümkün takt tezliyi 166, 200 Mhs-ə bərabər idi.K6 mikroprosessoru Pentium II ilə müqayisədə 16 bitlik proqramları cəld yerinə yetirdiyi halda, bitlik proqramlarla işləyərkən və sürüşən nöqtəli əməliyyatları yerinə yetirərkən II mikroprosessorundan müəyyən mənada geri qalırdı.
O dövrdə Curix firması özünün MMX genişlənməli 6x86MX mikroprosessorunu təqdim edir.Yaradılan yeni mikroprosessor Pentium MMX və Pentium II mikroprosessorları arasında ortaq yerlərdən birini tuturdu.Mikroprosessorun takt tezliyi 166, 200 və 233 Mhs idi.
1998-ci ildə İntel firması 2-ci səviyyə keş-yaddaşı olmayan, Pentium II mikroprosessorunu məhdudlaşdırılmış variantını-Celeron mikroprosessorunu istehsal edir.Yeni mikroprosessorun takt tezliyi 266 və 300 Mhs-ə bərabər idi.Onun məhsuldarlığı xələfi olan Pentium II-yə nəzərən 1.5-2 dəfə az idi.
1998-ci ilin sonunda AMD firması takt tezliyi 300 və 330 Mhs olan, k6 mikroprosessorunun müasirləşdirilmiş variantını-k6 3D Now və ya k6-2 mikroprosessorunu buraxır.Bu mikroprosessorda da MMX genişlənməsindən istifadə edilir.Bu tip mikroprosessoru istehsal etməklə AMD firması İntel firmasını müəyyən mənada qabaqlaşmış olur.Bu ərəfədə Curix firması 6x86MX mikroprosessorunun sürətli variantı olan M-II mikroprosessorunun istehsalını başlayır.
Həmin zamanda İntel firması, 1998-ci ilin axırlarında iki yeni mikroprosessorun-Celeron A və Xeon mikroprosessorlarının istehsalına başlayır.Celeron A və Xeon mikroprosessorlarının  istehsalına başlayır.Celeron A mikroprosessoru Celeron mikroprosessorunun müasirləşdirilmiş variantı idi.Mikroprosessora 2-ci səviyyə keş-yaddaş əlavə edilmişdir.Pentium II Xeon mikroprosessoru isə Pentium II mikroprosessorundan cəldliyi ilə fərqlənir.Ondan server şəbəkələrində, güclü işçi və qrafik stansiyalarında geniş istifadə edilir.Sonrakı illərdə firma və texniki imkanları əvvəl istehsal olunan mikroprosessorların imkanlarından yüksək olan yeni mikroprosesorların istehsalına başlayır.İstehsal olunan mikroprosessorlara Pentium III və Pentium IV adı verilir.Son beş ildə müxtəlif firmalarda istehsal olunan əksər fərdi kompüterlərdə əsasən İntel firmasının Pentium III və Pentium IV mikroprosessorlarından dasha çox istifadə edilir.
Mənbə:İnformatika dərsliyi

Оставить комментарий