Mikroprosessor

Hər bir kompüterin mərkəzi qurğusu mikroprosessordur. Bəzən onu kompüterin beynidə adlandırırlar. Mikroprosessorun kompüterin başqa komponentləri ilə qarşılıqlı əlaqədə olur. Bu elementlər əsasən girişi {input;ввод} və ya çıxışı {output;вывод} təmin edir. Giriş –kompüterə daxil olan informasiya,çıxış isə mikroprosessorun hasil etdiyi informasiyadır. Geniş anlamda,kompüter məhz bu giriş-çıxışın emalı ilə məşğul olur.Ümumiyyətlə,mikroprosessor kompüterin bütün qurğularının işini idarə edir.Mikroprosessora bəzən mərkəzi prosessor da deyilir və o,CPU kimi göstərilir.CPU-Central Processing Unit sözlərinin qısaltmasıdır.
Qısa olsun deyə mikroprosessora,sadəcə, prosessor da deyilir. Onların çoxu böyük yastı çoxayaqlıya bənzəyir.Ölçüsü təxminən 2sm2 olan müasir mikroprosessorlarda bir neçə milyon elektron element olur.Mikroprosessorlar bir-birindən sürətləriylə fərqlənir. Mikroprosessorun sürətinin ölçü vahidi meqahers,dir(MHs).Meqahersin sayı artdıqca mikroprosessorun sürəti də böyüyür.
Mikroprosessorların adları
Vaxtilə mikroprosessorları ədədlərlə işarələyirdilər.Ola bilsin,siz 386 və ya hətta 8086 prosessoru haqqında eşitmisiniz.İndisə onlara daha anlaşıqlı adlar verilirlər; Pentium, Celeron,Athlon,Duron.
Pentium.Mikroprosessorlar sahəsində düyanın ən aparıcı şirkəti olan İntel işləyib hazırladığı ən yaxşı mikroprosessordur.
Celeron.Pentium un daha ucuz versiyası olan bu modelə ən çox ev kompüterlərində rast gəlinir.
Athlon. İntel in rəqibi olan AMD şirkətinin Pentium a qarşılıq olaraq hazırladığı prosessordur.
Duron.Celeron un AMD şirkətinin istehsalı olan analoqudur. Bəzi adlara rəqəmlər də əlavə olunur,məsələn,Pentium4.

Mənbə:Kompüter bunu öyrənməyə nə var ki!

Оставить комментарий