Домой / Elektron dərsliklər / Mikroprosessorların 4-cü nəsli haqqında

Mikroprosessorların 4-cü nəsli haqqında

İstehsal olunan fərdi  kompüterlərin əvvəlki modellərində ümumiyyətlə mikroprosessorlardan istifadə edilmirdi. Bu səbəbdən də onların işləmə sürətləri çox aşağı olurdu. Fərdi kompüterlərin texniki xarakteristikalarını, həmçinin işləmə sürətlərini artırmaq məqsədi ilə bu işlə məşğul olan firmalar mikroprosessor istehsalına başlayır. Odur ki, dərslik 4-cü nəsil və sonrakı nəsillərə aid olan mikroprosessorlar haqqında məlumatlar öyrətməyi qarşısına məqsəd qoyur.

20 Mhs takt  tezliyinə malik olan ilk mikroprosessor 486xDX Intel firması tərəfindən buraxılır. Sonrakı illərdə mikroprosessorun 25,33 və 50 Mhs tezliklə işləyən variantları istehsal olunur. Bu tip prosessorlar riyazi soprosessora malik olmaqla bütün əməliyyatlarısürüşən nöqtəli prinsipi ilə həyata keçirir. Bundan əlavə, mikroprosessor 1-ci səviyyəyə uyğun sürətli keş-yaddaşa da malik idi. Mikroprosessorun məhsuldarlığının az olmasına baxmayaraq, əksər müasir proqramlarla işləyə bilirdi.
Sonrakı dövrdə 50 və 66 Mhs tezlikli, həmçinin ikiqat takt tezlikli 486xDX2 mikroprosessorları  və bununla yanaşı 75 və 100 Mhs, həmçinin üçqat tezlikli DX4 mikroprosessorları məhsuldarlığı əvvəlkilərə nəzərən  1.5-4 dəfə yüksək idi.
Firma sonrakı illərdə baza modellərindən orta hesabla 20% aşağı  tezliklə işləyən, riyazi soprosessorsuz  SX mikroprosessorlarının istehsalına başlayır. 
Intel firması ilə yanaşı AMD firması da  mikroprosessor istehsalı ilə məşğul olur. AMD firmasının  istehsal etdiyi Am486DX-40, Am486DX2 (takt tezlikləri  uyğun olaraq 66və 80Mhs)və 100 Mhs, həmçinin 120Mhs takt tezlikli mikroprosessorlar o zamanlar buraxılan fərdi kompüterlərdə kifayət səviyyədəistifadə olunur,
Artıq 1993-cü ildə AMD firması fərdi kompüterlərdə istifadə olunan, daha da təkmilləşdirilmiş, takt tezliyi 133Mhs olan 4-cü nəsil mikroprosessorlarunun —  Am 5×86-133-P75 istehsalına başlayır.
P 75 parametri  analoji olaraq Intel  firmasının istehsal etdiyi (və ya edəcəyi) mikroprosessorun  işləyə biləcəyi takt tezliyinə  uyğunluğu göstərir.
Istər Intel, istərsə də AMD firmalarının istehsalı olan  mikroprosessorlardan  5-10% aşağı  məhsuldarlıqla işləyə bilən mikroprosessorların istehsalına Curix firması da qoşulur və özünün Cx486 DX  modelini istifadəyə  buraxır. Curix firması 1993 –cü  ildə göstərilən  modeldən  başqa 100 və 120 Mhs takt tezliyi ilə işləyən, müəyyən  parametrləri  təkmilləşdirilmiş 4-cü nəsilə aid olan 5×86 modelinin buraxılışına nail olur.
Bu firmalarla yanaşı o zamanki illərdə İntel firmasının istehsalı olan mikroprosessorların heç bir icazəsi olmadan UMC firması bu fikirdən tamamilə əl çəkir.
Qeyd etmək lazımdır ki,indiki zamanda 4-cü nəsil mikroprosessorların istehsalı dayandırılmışdır.

Mənbə:İnformatika dərsliyi

Оставить комментарий