Домой / Xəbərlər / Azərbaycanın milli-azadlıq hərəkatında 20 Yanvar faciəsinin yeri və rolu

Azərbaycanın milli-azadlıq hərəkatında 20 Yanvar faciəsinin yeri və rolu

milli azadliq herekatiAzərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqınamilli azadliq herekati qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və milli azadliq herekatibaşqalarının cəzalandırılmasını tələb etdi.Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 21 il keçmişdir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.Ancaq müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana ədalətsiz ərazi iddiası və təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bu günə qədər respublikamızın ərazi bütövlüyü bərpa olunmamışdır. Ona görə də 20 Yanvar faciəsinin 21-ci ildönümü ərəfəsində hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ordusunun hər bir əsgəri, giziri və zabiti bir daha dərk etməlidir ki, şəhidlərimizin qanı bahasına müstəqil olmuşmilli azadliq herekati Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan Respublikası tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində görülən işlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir: «Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir».Artıq 2011-ci tədris ilinin döyüş hazırlığı planına əsasən hərbi hissələrdə və birləşmələrdə döyüş və ictimai-siyasi hazırlıq dərsləri başlanmışdır. Qarşıda şəxsi heyəti gərgin dərs prosesi, çöl məşğələləri, taktiki təlimlər gözləyir. Azərbaycan ordusunun hərbi qulluqçusunun bu dərslərdə və təlimlərdə əldə etdiyi yüksək nəticələr, hər bir nailiyyət, hər bir uğur bizi Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs müharibədə qələbəyə daha da yaxınlaşdırır. Müasir döyüşdə ancaq yüksək döyüş hazırlıqlı, həvalə olunmuş texnikanın və silahların sirlərinə mükəmməl yiyələnmiş, intizamlı, mənəvi-psixoloji və fiziki cəhətdən dözümlü olan əsgər qalib gələ bilər. Hər bir Azərbaycan əsgəri bu keyfiyyətləri əldə etmək üçün dərslərdə və təlimlərdə komandirlər tərəfindən keçirilən tədris proqramlarını, hərbi vərdişləri yaxşı mənimsəməli, onları döyüşdə tətbiq etməyi bacarmalıdır ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin qisasını almağa hazır olsun.

Оставить комментарий