Домой / İKT xəbər / Milli İnternet Mükafatına start verildi

Milli İnternet Mükafatına start verildi

milli internet mukafatiƏziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Millinet.az saytının məlumatına əsasən 23.09.2013-cü il tarixindən etibarən Milli internet Mükafatı 2013-ə start verilib. Hər il olduğu kimi bu ildə saytımız bu musabiqədə iştirak edir. İLk növbədə musabiqənin yaradıcılarına və təşkilatçılarına öz dərin təşəkkürümü bildirirəm ki, bizim saytımızı da iştirakçılar sırasına qatdılar.

Bizi müsabiqədə dəstəkləyin!

Musabiqə haqqında onu qeyd etmək istəyirəm ki, bu ilki yarışmada 2 yeni Nominasiya daxil edilib.Musabiqənin qaydalarında dəyişiklik aparılıb. Bu ilki yarışma 14 Nominasiya üzrə keçiriləcək. Bunlar aşağıdakılardır:

  1. Korporativ sayt
  2. İctimai və sosial saytlarmilli internet mukafati
  3. İnformasiya və Media
  4. Mədəniyyət və turizm saytları
  5. Ailə, uşaq və sağlamlıq
  6. Asudə vaxt,  idman və əyləncə
  7. Bloqlar
  8. Elm və təhsil
  9. Dövlət və bələdiyyə saytları
  10. Xidmət-servis
  11. İstifadəçi kontenti üzərində qurulmuş saytlar
  12. Ən yaxşı sosial şəbəkə səhifəsi
  13. Elektron hökumət
  14. İnnovasiyalar və Texnologiyalar

Əziz oxucularım gadirov.com saytı Bloqlar Nominasiyası üzrə musabiqədə iştirak edir.

Məlumat üçün  bildirim ki, müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 23 noyabrda qeydiyyat başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli Net 2013 yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий