Домой / İKT xəbər / Mobil telefonlar vasitəsilə plastik kart üzərindən ödənişlər etmək mümkün olacaq

Mobil telefonlar vasitəsilə plastik kart üzərindən ödənişlər etmək mümkün olacaq

mobil telefonlar ile odenis etmekgadirov.com elektron xəbər xidməti  «ICTnews.az» saytına istinadən bildirir ki,«MasterCard»mobil telefonlar ile odenis etmek beynəlxalq ödəniş sistemi gələn il Azərbaycanda mobil telefonla ödənişlər etməyə imkan verən xidmətin tətbiqinə başlayacaq. Bu barədə «MasterCard»ın Azərbaycandakı regional meneceri Hakan Açar məlumat verib. Onun sözlərinə görə, sistem mobil ödənişlərin inkişafına böyük diqqət verir və bir çox göstəricilər üzrə dünyada bu bazarın lideridir.Bu istiqamətdə «MasterCard» öz təcrübəsini Azərbaycana gətirmək istəyir. Həmçinin beynəlxalq ödəniş sistemi gələn ildən nağdsız ödənişlər üçün mobil telefonlardan istifadə etməyə başlayacaq. H.Açar bildirib ki, «MasterCard» bu məsələ ilə bağlı mobil operatorlarla və banklarla danışıqlar aparır. «MasterCard Mobile» xidməti internet və ya mobil telefon vasitəsilə rabitə, kommunal xidmətlərin ödənilməsi, pul köçürmələrinin həyata keçirilməsi imkanı verir.Xidmətdən həftənin yeddi günü, 24 saat fasiləsiz istifadə etmək mümkün olacaq», — Açar bildirib. Bundan başqa «MasterCard» beynəlxalq ödəniş sistemi gələn il Azərbaycan bazarına kontaktsız ödənişlər innovasiya texnologiyalarına malik «PayPass» bank kartlarını çıxaracaq.