Домой / Internet / Mozilla Firefox səyyahını necə yükləmək olar?

Mozilla Firefox səyyahını necə yükləmək olar?

mozilla firefoxƏziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri.Növbəti videodərsliyimdə sizləri salamlayıram.Bu günki dərsimizin mövzusu şəkildən göründüyü kimi xüsusi bir proqrama Mozilla Firefox  səyyahına həsr olunacaq.Ilk növbədə onu qeyd edim ki,əgər Mozilla Firefox səyyahı  kompüterinizin iş masasında mövcuddursa,yəni Mozilla Firefox səyyahının simgəsi artıq varsa,bu o deməkdir ki,siz artıq Mozilla Firefox səyyahı ilə tanışsınız. Eləcədə bu proqram artıq sizin kompüterinizı quraşdırılıb.Yox əgər sizin iş masanızda və həmçinin Başla menyusunun Proqram bölməsində  Mozilla Firefox səyyahının simgəsi yoxdursa,demək Mozilla Firefox səyyahı kompüterinizə quraşdırılmayıb.Bu videodərsliyim o istifadəçilər üçün nəzərdə tutulub ki,onlar internet aləmində yeni addımlamağa başlayıblar.Həmiçinin səyyahların böyük əksəriyyətini tanımırlar,eləcədə onları kompüterə quraşdırmağı bacarmırlar.Odur ki,sayca qələmə aldığım ikinci videodərsliyim Mozilla Firefox  səyyahına həsr olunacaq.Həmçinin bu səyyahın internetdən kompüterə edirilməsimozilla firefox prosedurlarına həsr olunacaq.Bunun üçün istənilən səyyahınızı (brouzerinizi) ekrana çağırın.Brouzer kimi Opera və Google Chrome səyyahı seçilə bilər.Açılan səyyahın Url ünvanına www.mozilla-russia.org sətri yığılır.Beləliklə biz bu səyyahın rusiya üçün nəzərdə tutulmuş rəsmi ev səhifəsinə daxil oluruq.Burada proqramı yükləmək üçün istifadəçiyə bir neçə əlavə variant təklif edilir.Biz səhifənin mərkəzində düzbucaqlı çərçivədə yerləşdirilən link verilib.Hiperkeçidin aşağı hissəsində Windows yazılıb.Bu da o deməkdir ki, Windows platformalı kompüterlər bu proqramı rahatlıqla qəbul edə mozilla firefoxbilərlər.Proqramın dili rus,həcmi isə 19,9 Mb-dır.Beləliklə biz mozilla səyyahını yükləmək üçün hiperkeçidin üzərində sol düyməni bir dəfə vururuq.Google Chrome səyyahının yükləmə sətrində biz artıq proqramı yükləmək üçün nəzərdə tutulmuş Firefox Setup adlanan faylı görürük.Faylın ümumilikdə həcmi 276 Kbaytdır.Bu proqramın tam həcmi deyil.Sadəcə yükləmək üçün nəzərdə tutulmuş fayldır.Onun üzərində siçanın sol düyməsi bir dəfə vurulur.Proqramı kompüterə quraşdıran usta pəncərəsində başla düyməsi sıxılır.Videodərslikdə göstərilən lazımi tənzimləmə işlərini apardıqdan sonra Mozilla Firefox səyyahı artıq kompüterə quraşdırılmış olur.Beləliklə mövzu ilə ətraflı tanış olmaq üçün aşağıdakı videodərsliyə baxın.Çalışın ki,videodərslikdə göstərilən təlimata riayət edəsiniz.

 
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий