Домой / İKT xəbər / “NASA” xəbərdarlıq etdi

“NASA” xəbərdarlıq etdi

"NASA" həyəcan təbili çalıb. Yaxın sutka ərzində Günəşdə güclü partlayış gözlənilir. "AR1515" adlı nəhəng Günəş ləkəsində iyulun 2-də plazma atılması olub. Xoşbəxtlikdən plazma atılması Yerə cüzi təsirlə ötüşüb. Ancaq planetimizə şüalanma təsir edib ki, bunun da nəticəsində Avropada radio əlaqə pozulub.

"SDO" (Solar Dynamics Observatory) aparatından əldə edilən siqnallara görə, X-sinfinə aid partlayış gözlənilir. Bu partlayışın əvvəlki partlayışlarla müqayisədə ondəfələrlə böyük olacağı gözlənilir. Х-sinif Günəşdəki partlayışların ölçülməsində istifadə edilən şkalada ən yüksək zirvədir.

Partlayışın təsiri planetimizdə 10-11 iyul tarixlərində hiss ediləcək. Bu zaman bəzi fəsadlar da yarana bilər. Belə ki, partlayış nəticəsində Yerdə transformatorlar, kompyuter şəbəkəsi və mobil əlaqə pozula bilər.

Bundan əlavə "NASA"-nın "SDO" laboratoriyası Günəşin üzərində yeni iri ləkə müəyyən edib.

Mənbə:“ICTnews”

Оставить комментарий