Домой / Power Point 2003 / Nizamlama rejimi

Nizamlama rejimi

Nizamlama rejimiİlk növbədə “Satış planı” faylını ekrana çağırın. Faylı ekrana çağırmğın bir çox üsulları var. Bunlardan biri Fayl-File-Файл menyusuna daxil olub, Mənim sənədlərim-My Documents-Мой документы seçilir və pəncərədəki Açmaq-Open-Открыть düyməsini basın. Beləliklə, fayl ekrana gəldi.

Nizamlayıcı-Slide Sorter-Сортировщик слайдов düyməsini basın. Gördüyümüz kimi slaydımız nizamlama rejiminə keçdi. Nizamlama rejimində slaydların ardıcıl yerləşdirilmiş miniyatürlərinə baxmaq, bir neçə slaydla eyni zamanda işləmək və bu rejimdə slaydların dizaynını dəyişmək, eyni olub olmadığını yoxlamaq, lazım gələrsə, fonunu, rəngini, yerlərini dəyişmək, bir təqdimatdan digərinə keçirmək və s.

Nizamlama rejimindən Slide Show-Slide Show-Показ слайдов rejiminə keçmək üçün slayd üzərində sol düyməni iki dəfə çıqqıldatın.

Əgər biz ikinci slaydın yerini dəyişmək istəsək, bu zaman ikinci slayd qeyd olunur və buraxılmadan dördüncü və beşinci slaydın arasına keçirilir. Bu zaman slaydların sayı artır. Bir neçə slaydın surətini çıxarmaq və bir neçə slaydın yerini dəyişdirmək olar. Məsələn, 3-cü, 4-cü və 6-cı slaydların yerini eyni vaxtda dəyişdirmək üçün CTRL düyməsi sıxılı vəziyyətdə slaydlar seçilməlidir. Sonra Standart alətlər panelində olan Sürət-Copy-Копировать düyməsini basın. Sonra həmin slaydları 18-ci slaydın sonunda yerləşdirək və Standart alətlər panelində olan YerləşdirməkPaste-Вставить düyməsini basın. 21-ci slayddan 16-cı salyda qədər olan slaydları qeyd etmək üçün ilk növbədə CTRL düyməsi sıxılı vəziyyətdə 21-ci slaydı, sonra isə 16-cı slaydı qeyd edib Shift düyməsini basın. Beləliklə, slaydlar seçildi. Daha sonra isə bu slaydları Standart alətlər lövhəsində olan Kəsmək-Cut-Вырезать düyməsini basın və onu 6-cı və 7-ci slaydın arsında yerləşdirmək üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə V hərfini basın.

Nizamlama rejimi bu cür əməliyyatların yerinə yetirilməsi üçün çox əhəmiyyətlidir.


Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий