Домой / Windows 7 / Obyektin adlandırılması

Obyektin adlandırılması

Əziz oxucularım, gadiov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri.Windows Xp-də olduğu kimi Windows 7 əməliyyat sistemində də obyektlərin adlandırılması üçün bir neçə üsul qeyd olunur. Bu üsulları araşdıraq. Obyektin adlandırılması üçün istifadə olunan birinci üsul belədir. Obyekt qeyd olunur. Sonra klaviaturada F2 düyməsi sıxılır. Sonra isə obyektə ad verilir. Adın təsdiqi üçün siçanın sol düyməsi üçün ixtiyari sahədə sıxılır. Beləliklə obyekt mövcud adı qəbul etdi. Obyektin adlandırılması üçün istifadə olunan ikinci üsul belədir. Obyekt qeyd olunur. Onun üzərində siçanın sağ düyməsi sıxılır. Açılan konteks menyudan Переименовать sətri seçilir. Sonra obyektə ad verilir. Adın təsdiqi üçün klaviaturada Enter düyməsi sıxılır. Beləliklə obyekt mövcud adı qəbul etdi. Obyektin adlandırılması üçün istifadə olunan üçüncü üsul belədir. Obyekt qeyd olunur. Sonra isə obyektin adının üzərində siçanın sol düyməsi bir dəfə vurulur. Gördüyümüz kimi obyektin adlandırılması üçün imkan yaranır. Obyektin adını dəyişərək yeni ad yazılır.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий