Домой / Windows 7 / Obyektin şəklinin dəyişdirilməsi

Obyektin şəklinin dəyişdirilməsi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bu gün ki video dərsimizin mövzusu Obyektin şəklinin dəyişdirilməsi olacaq. Windows Xp əməliyyat sistemində olduğu kimi Windows 7 əməliyyat sistemində də obyektin şəklini dəyişmək mümkündür. Bunun üçün aşağıdakı əməliyyat ardıcıllığını yerinə yetirmək lazımdır. İlk növbədə siçanın göstəricisini obyekt üzərinə yaxınlaşdırırıq və siçanın sağ düyməsini vururuq. Açılan konteks menyudan Свойства-Xüsusiyyətlər sətri seçirik. Açılan eyni adlı pəncərənin Настройка səhifəsinə daxil oluruq. Həmin pəncərənin aşağısında Сменить значок düyməsini vururuq. Növbəti pəncərədə qovluq üçün nəzərdə tutulmuş müxtəlif şəkillər təklif olunur. Onlardan istənilən biri seçib Ok düyməsini sıxırıq. Sonra yenidən Ok düyməsinə klik edirik. Gördüyümüz kimi artıq qovluğumuzun şəkli dəyişildi.Obyektin şəklinin dəyişdirilməsi zamanı onun təkrar bərpası zamanı yuxarıdakı sadaladığımız əməliyyatlar eyni ilə təkrarlanır. Yəni siçanın göstəricisini obyekt üzərinə yaxınlaşdırırıq və siçanın sağ düyməsini vururuq. Açılan konteks menyudan Свойства-Xüsusiyyətlər sətri seçirik. Açılan eyni adlı pəncərənin Настройка səhifəsinə daxil oluruq. Həmin pəncərənin aşağısında Сменить значок düyməsini vururuq. Növbəti pəncərədə qovluq üçün nəzərdə tutulmuş müxtəlif şəkillər təklif olunur. Obyektin əvvəkli işarəsi seçilir və iki dəfə Ok düyməsi sıxılmaqla pəncərə bağlanılır. Gördüyümüz kimi Məlumat adlanan qovluğun təsviri əvvəlki şəklinə qayıtdı.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий