Домой / Windows XP / Obyektlərin göndərilməsi

Obyektlərin göndərilməsi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Obyektlərin göndərilməsi olacaq.
Obyekti bir yerdən digər yerə göndərmək Windows XP əməliyyat sistemində mümkündür. Lakin burada da müəyyən məhdudiyyətlər vardır. Obyekti göndərmək üçün ilk növbədə obyekt qeyd olunur. Üzərində sağ düymə sıxılır. Açılmış konteks menyudan əvvəlcə Оправить sətrini sonra alt menyudan təklif olunan ünvanlardan biri seçilməlidir. Bu sətriləri ayrılıqda izah edək.
Alt menyuda verilən Адресат sətri faylın və qovluğun elektron poçt ünvanına göndərilməsini təmin edir.Obyektlərin göndərilməsiДокументы obyekti sənədlər qovluğuna göndərir.Obyektlərin göndərilməsiПолучитель факса sətri seçilərsə, onda obyektimiz faks vasitəsilə təyin olunmuş ünvana göndəriləcək. Рабочий стол sətrinin seçilməsi zamanı həmin obyektin iş masasında etiketinin yaradılmasına imkan verir.Obyektlərin göndərilməsi Сжатая Zip папка sətri seçilərsə, onda obyektləri Zip qovluğu kimi arxivləşdirərək göndərir.Obyektlərin göndərilməsi Sonuncu olaraq hər hansı bir yaddaş qurğularının seçilməsi həmin obyektin bu yaddaş qurğularına göndərilməsini təmin edir.Obyektlərin göndərilməsiBiz faylımızı Документы adlanan qovluğa göndərmək üçün həmin sətri seçirik. Gördüyümüz kimi faylımız Документы adlanan qovluğa göndərildi.

Obyektlərin göndərilməsi

Hər hansı bir proqramın simgəsini iş masasına göndərmək üçün ilk növbədə Пуск menyusuna müraciət edirik. Açılan baş menyudan əvvəlcə Программы sətrini sonra isə istənilən proqramın qovluğuna daxil oluruq. Proqramı işlədən faylın üzərində sağ düyməni sıxaraq açılan konteks menyudan Оправить sətrini sonra alt menyudan təklif olunan ünvanlardan biri kimi Рабочий стол sətrini seçərək klik edirik. Beləliklə proqramın simgəsi artıq iş masasında yarandı.
Beləliklə biz Windows XP əməliyyat sistemində Obyektlərin göndərilməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий