Домой / Word 2003 / Ofisin Mübadilə Buferi

Ofisin Mübadilə Buferi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında mətinin bir neçə fraqmenti ilə işləmə olacaq.Mətnin bir və ya bir neçə fraqmenti ilə işləmək üçün Microsoft Office Word 2003 proqramı xüsusi alternativ imkan təklif edir. Ilk növbədə mətinin bir və ya bir neçə fraqmenti ilə işləmək üçün faylı ekrana çağıraq. Faylı ekrana çağıramaq üçün Файл-File-Fayl menyusunu açaq və Открыть-Open-Açmaq əmrini seçək. Hər hansısa bir faylı seçək və ekrana çağıraq. Mətndəki bir və ya bir neçə sözlərlə eləcə də cümlələrlə eyni zamanda işləmək üçün və yaxud onlar üzərində bir neçə əməliyyatlar aparmaq üçün MicrosoftOfficeWord2003 xüsusi imkanlar təklif edir. Yəni buna ofisin mübadilə buferi deyilir. Məsələn: mətnin bir sözünü qeyd edək və həmin sözü alətlər lövhəsində düymə vasitəsilə kəsək. Bunun üçün Kəsmək-Cut-Вырезать düyməsini sıxaq. Beləliklə göstərilmiş mətn kəsildi. Daha sonra bütövlükdə bir cümləni qeyd edək və həmin cümlənin surətini çıxaraq. Bunun üçün alətlər lövhəsində olan Surət-Copy-Копировать düyməsini sıxın. Daha sonra digər cümləni qeyd edin və cümləni kəsək. Beləliklə göstərilmiş bu üç əməliyyat ofisin mübadilə buferində saxlanılır. Mübadilə buferini ekrana çağırmaq üçün Правка-Edit menyuna daxil olun. Açılmış  menyudan Буфер обмена Office əmrini seçin. Gördüyümüz kimi ekranın sağ tərəfində  Буфер обмена deyilən xüsusui bir panel yaranır. Həmin panel Microsoft Office Word 2003 proqramında kəsilmiş, surəti çıxarılmış 24 obyektin yerləşdirilməsinə imkan verir. Mübadilə buferini bir qədər izah edək. Diqqət edin! Burada olan Вставить все düyməsinə baxın. Əgər kursorumuz yeni mövqedədirsə və Вставитьвсе düyməsi sıxılırsa, bu o deməkdir ki, mübadilə buferində olan bütün sözlər göstərilmiş mövqeyə yerləşdiriləcək. Əməliyyatı təkzib üçün standart alətlər zolağında olan Отменить-Undo düyməsini sıxın. Очиститьвсе düyməsi Буфер оьмена Office-də yəni ofisin mübadilə buferində olan bütün obyektləri təmizləyir. Lakin belə bir sual yaranır. Əgər mübadilə buferində olan tək bir obyekt üzərində əməliyyat aparmaq istəyiriksə, nə etməli?Ilk növbədə kursoru həmin obyektin üzərinə yaxınlaşdırın. Sonra həmin sözün sağ tərəfində xüsusi bir ox işarəsi yaranacaq. Ox işarəsinin üzərində sol düyməni bir dəfə sıxın. Beləliklə qarşıya çıxmış kontekst menyu həmin sözün yerləşdirilməsi və silinməsini təklif edir. Sözü əgər yeni mövqeyə yerləşdirəcəyiksə, Вставить vurun. Əgər həmin sözü mübadilə buferindən silmək istəyiriksə, Удалить vurun. Əgər ümumi mübadilə buferindəki bütün obyektləri  silmək istəyiriksə, Очистить все düyməsini sıxın. Mübadilə buferini ekrandan bağlamaq üçün isə x düyməsini sıxın.Mövzu ilə ətraflı tanış olmaq üçün aşağıdakı videodərsliyə baxın.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий