Домой / Internet / Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti

Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti

Olcu vahidleriƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Ölçü vahidləri və informasiyanın nəqli sürəti adlanan videodərslikdəOlcu vahidleri salamlayıram.Bu videodərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı o, ikilik kodda, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir.Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompüterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən — binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod «0» və ya «1» rəqəmlərindən hansısa biri deməkdir.Kompüterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir.Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər.

İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit — bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.
1 Kilobit = 103 bit
1 Meqabit = 106 bit
Olcu vahidleri1 Giqabit = 109 bit
1 Terabit = 1012 bit

İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 milyon kitaba bərabərdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий