Домой / Elektron dərsliklər / “Ölümün göy ekranı” ilə necə mübarizə aparmalı?

“Ölümün göy ekranı” ilə necə mübarizə aparmalı?

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Bugünki dərsimizin mövzusu BSOD adlanan sistem səhvi ilə necə mübarizə aparmaq yollarına həsr olunacaq.Bu sistem səhvi çox vaxt «Ölümün göy ekranı» ilə tanınır.Əgər siz mənə desəzki ömrümdə bircə dəfədə olsun bu problemlə üzləşməmişəm onda burada 2 variant ola bilər.Ya doğulandan sən makbukun arxasında əyləşmisən, yadakı kompüteri dünən almısan.

Ümumiyyətlə «Ölümün göy ekranı» BSOD windowsun elə tip səhvlərinə aiddir ki,bu əməliyyat sistemi üçün həm təhlükəli vəziyyətdir,həmdəki ciddi xəbərdarlıqdı.BSOD sistem səhvi zamanı çıxan mesajları aşağıdakı kimi izah etmək olar (Şəkil 1)olum ekrani

    1. Səhvin adı
    2. Səhvi düzəltmək üçün tövsiyyə
    3. Səhvin kodu
    4. Səhvin parametri
    5. Drayverin adı
    6. Səhvin ünvanı

    Əgər sizin əməliyyat sisteminiz BSOD adlanan sistem səhvindən sonra, normal yüklənirsə,onda bu hadisəni o qədər də kritik saymaq olmaz.Lakin növbəti dəfə belə bir göy ekran ilə üzləşsəniz onda şəkil 1-də göstərilmiş birinciüçüncü punktu oxuyun və bu problemi həllini internetdə axtarmaqa çalışın.

    Əgər müxtəlif proqramçıların tərcübələrinə əsasən söyləmək olar ki, bu cür sistem səhvlərinin çıxması ya sistemə yüklənilən proqram təminatından ya da ki,drayverin yoxluğundan irəli gəlir.Bir həqiqəti də demək lazımdır ki,«Ölümün göy ekranı» başqa sözlə desək  BSOD adlanan sistem səhvi ilə rastlaşmısınızsa onda sisteminizi yenidən yükləməyə çalışmayın.Ola bilsin ki,bu komputerinizə quraşdırılan avadanlıqla bağlı olsun.

    Ardı növbəti sayımızda…


Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

 

Оставить комментарий