Домой / Windows XP / Oyun qurğusu

Oyun qurğusu

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Oyun qurğusu olacaq. Bildiyimiz kimi idarəetmə panelinin müxtəlif proqramları mövcuddur. Onlardan biri də Oyun qurğusu-Игровые устройства adlanır.Oyun qurğusuİndi isə bu proqram haqqında ətraflı məlumat alaq. Proqram vasitəsilə kompüterə qoşulmuş oyun qurğularının parametrlərini tənzimləmək olar.Bunun üçün Игровые устройства simgəsi üzərində siçanın sol düyməsi ilə iki dəfə klik edək. Gördüyümüz kimi Игровые устройства adlanan pəncərə meydana gəlir.Oyun qurğusuAdətən hər bir oyun qurğusu üçün özünün yükləmə diski verilir. Bunun vasitəsilə həmin oyun qurğusunun drayverini asanlıqla kompüterə yükləməklə işlətmək olar. Əgər belə bir disk verilməyibsə, onda bu proqram vasitəsilə kompüterə qoşulan oyun avadanlığı üçün drayver tapıb əlavə etmək olar.

Oyun qurğusu

Игровые устройства proqramında Добавить düyməsini vururuq. Açılan növbəti pəncərə vasitəsilə oyun avadanlıqlarını siyahısı bizə təklif olunur.Oyun qurğusuBu siyahıdan bizim oyun qurğusunun modelinə uyğun gələn sətri seçirik. Əməliyyatın təsdiqi üçün Ok düyməsini sıxırıq. Əgər kompüterimizin heç bir portuna oyun qurğusu qoşulmayıbsa, onda bu barədə məlumat pəncərəsi çıxır.Oyun qurğusuBeləliklə biz Windows XP əməliyyat sistemində Oyun qurğusu mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий