Домой / Bakı Bulvarı / Bakida panoram karusel

Bakida panoram karusel

Bakida panoram karusel,panoram karuselDənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində yerləşən müasir attraksion-panoram (karusel) martın 12-si saat 11:00-dan etibarən paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə verilib.
Məlumat üçün bildirim ki,biletlər 6 yaşınadək uşaqlar üçün pulsuz, 6 yaşından 12 yaşınadək olan uşaqlar üçün 3 manat, 12 yaşından böyük uşaqlar və böyüklər üçün 5 manat olacaq”.
Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Niderlandın “Dutch Wheels” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 2013-cü ilin sentyabrında başlanılıb.
Diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Çarxın bir dövrəsinin vaxtı 30-40 dəqiqə təşkil edəcək.

Bakida panoram karusel

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий