Домой / Kompüter hissələri / Passport Reader

Passport Reader

Əziz oxucularım bu videodərsdə biz Sizinlə daxiletmə avadanlıqlarından biri olan Passport Reader haqqında danışacağıq.Məlumdur ki,Passport Reader – Passport Reader bir çox ölkələrdə passportların(şəxsiyyət vəsiqələrinin) üzərində olan məlumatları oxumaq üçündür. İş prinsipi azacıq skanerə oxşayır. Passportu (şəxsiyyət vəsiqəsini) qurğuya daxil edəndən sonra qurğunun içərisindəki güzgüyə işıq düşür, sonra həmin işıq hissedici CCD matriksin üzərinə düşür və həmin matriksdən mikrokontrollerə ötürülür. Mikrokontrollerdə məlumat emal olunur və rəqəmli formata çevrilir və həmin məlumat kompüterə ötürülür. Bu proses nəticəsində Passport Reader qurğusu şəkildə görünən məlumatları oxuyur.
Şəkildə gördüyümüz kimi cihaz passportu(şəxsiyyət vəsiqəsini) bütöv olaraq yox yalnız xüsusi kodlar olan hissəsini oxuyur və bu kodlara uyğun olaraq xüsusi(açıq yayımlanmayan) proqram təminatı həmin şəxs haqqında məlumatı çıxarır. Bu isə o deməkdir ki, yəni bütün fərdi identifikasiya məlumatlarını (ad, soyad, atanın adı, təvəllüd, doğulduğu yer, cins və s.) təkcə şəxsiyyət vəsiqəsinin üzərində deyil həmin şifrələnmiş hissəsində yerləşir. Bu isə ilk növbədə sərhədlərdə və digər lazımi yerlərdə passportun(şəxsiyyət vəsiqəsinin) yoxlanması prosesini tezləşdirir və bundan əlavə saxta passportların düzəldilməsinin qarşısını alır.Dərsliyi aşağıdakı video vasitəsilə dinləyə bilərsiniz.

Videodərsliyə baxmaq üçün şifrənizi daxil edin!

Şifrə əldə etmək üçün sayta abunə olun!

Müəllif: Şaiq Qədirov

Оставить комментарий