Домой / Adobe Fhotoshop / Patch Tool aləti ilə silmə

Patch Tool aləti ilə silmə

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Patch Tool aləti ilə silmə olacaq. Bu alət vasitəsilə şəkillərdə qüsurlu hissələrin bərpası həmçinin digər rənglə doldurulması üçün nəzərdə tutulub. Alətin iş prinsipi ŞtampHealting Brush Tool alətindən fərqlənir.
İndi isə Patch Tool aləti ilə yaxından tanış olaq. Patch Tool aləti alətinə müraciət üçün proqramın sol kənarında olan alətlər çubuğuna diqqət edək.Patch Tool aləti ilə silməBurada Patch Tool aləti menyuda üçüncü alətdir. Gördüyümüz kimi siçanımızın göstəricisi Patch Tool aləti ilə əvəzləndi. Bu alətin seçildiyini göstərir. Məlumat üçün bildirim ki, Patch Tool alətinində seçənəklər paneli mövcuddur.Patch Tool aləti ilə silməPatch Tool alətinin seçənəklər panelində olan bəzi düymələrin izahını öyrənək.
Patch (yamaqзаплатка) — bu alət sərbəst seçim və rənglə doldurmaq funksiyaları birləşdiyir. Fotoşəkilləri retuş edəndə çox əlverişlidir.
Source (mənbəисточник) — bu opsiyanı işdədən zaman, köçürmə sahəsində olan şəkilin hissəsi əvvəldən seçilmiş şəkilin hissəsinə tam oxşar olacaq.
İş qaydası:
a) Yamaq qoyan sahəni seçmək lazımdır. Qapalı sahəni ayrıyıb, içinə oxu (kursor) yerləşdiririk.
b) Siçanın sol düyməsini basıb, oxu (kursor) yamaq üçün nümunə (mənbə) götürmək istədiyiniz yerə yerini dəyişdirmək olar.
Destination (təyinatназначение) — bu opsiya əvvəlkinin əksinədir:
а) Yamaq qoyan sahəni seçmək lazımdır. Qapalı sahəni ayrıyıb, içinə oxu (kursor) yerləşdiririk.
b) Siçanın sol düyməsini basıb, oxu (kursor) yamaq qoymaq istədiniz yerə yerləşdirin.
Transparent (səffaflıqпрозрачность)— bu opsiyanı qoşanda yamaq yarı şəffaflı olunur və seçilən sahədə şəkilin görüş nəticəsi mövcud olan şəkilin və yamağın birləşməsi olacaq.
Pattern (naxışузор) düyməsini vursaq, yamağı dolduran zaman sizin seçdiniz naxış istifadə olunucaq.

Patch Tool aləti ilə silmə

İndi isə Patch Tool alətinin şəkil üzərində tətbiqini araşdıracağıq. Artıq video dərsdən göründüyü kimi qarşımızda hər hansı bir şəkil vardır.Patch Tool aləti ilə silməŞəkil üzərində hər hansı bir internet saytının ünvanı yazılıb. Gəlin Patch Tool alətinin köməyi ilə şəkildəki internet saytının ünvanını silək.
Alətin işləmə prinsipi belədir. Şəkildəki qüsurlu hissələr və yazılar Patch Tool alətinin köməyi ilə seçilir.Patch Tool aləti ilə silməYaranan seçimin mərkəzinə kursoru yaxınlaşdırıb sol düyməni sıxırıq. Sonra onu buraxmadan təmiz sahəyə sürükləyib buraxırıq.Patch Tool aləti ilə silmə Sonra isə internet saytının ünvanını Patch Tool alətinin köməyi ilə silməyə başlayırıq.İşin görülməsi hissə-hissə aparılır.Patch Tool aləti ilə silməPatch Tool aləti ilə işləyən zaman diqqətli olmaq lazımdır. Məhz bu üsulla Patch Tool alətinin şəkil üzərində müvəffəqiyyətlə tətbiqinə nail olmaq olar. Gördüyümüz kimi aşağıdakı nəticəni almış oluruq.Patch Tool aləti ilə silməBeləliklə biz Photoshop proqramında Patch Tool aləti ilə silmə mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий