Домой / Windows XP / Pəncərə üzərində əməliyyatlar

Pəncərə üzərində əməliyyatlar

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Pəncərə üzərində əməliyyatlar olacaq.

Pəncərə üzərində əməliyyatlar

Windows XP pəncərələri üzərində kifayət qədər müxtəlif əməliyyatları aparmaq olar. Biz onların sayını çeşidləyib onlar üzərində əməliyyatı tətbiq edəcəyik. Bunun üçün istənilən pəncərəni ekrana çağıraq. Bu proqram və ya hər hansısa bir qovluğun pəncərəsi ola bilər. Bizim nümunəmizdə bu bələdçi pəncərəsi olacaq. Windows XP pəncərələri üzərində tətbiq olunan əməliyyatlardan birincisi pəncərənin yerini dəyişməkdir. Pəncərənin yerini dəyişmək üçün pəncərənin başlıq zolağı üzərində siçanın sol düyməsi sıxılmaqla sağa,sola,yuxarı və ya aşağıya tərəf yerini dəyişmək mümkündür.Pəncərə üzərində əməliyyatlarBu cür imkanın Windows XP əməliyyat sistemində olması pəncərə arxasında yerləşən obyektin daha rahat görünməsini təmin edir. Windows XP pəncərələri üzərində tətbiq olunan növbəti əməliyyat onun ölçülərini dəyişməkdir. Bunun üçün siçanın göstəricisini pəncərənin istənilən kənarına yaxınlaşdırıb sıxılmalı və istənilən istiqamətə dartılmaqla pəncərənin ölçülərini rahatlıqla dəyişmək olar.Pəncərə üzərində əməliyyatlar Pəncənin ölçüləri kiçildikdə pəncərə üzərində növbəti bir element sürüşdürmə zolağı yaranır ki, bu da pəncərə daxilində mövcud olan obyektlərə baxmağa imkan verir.Pəncərə üzərində əməliyyatlarAdi qaydada sürüşdürmə zolağı Windows 7 pəncərələri üzərində görsənmir. Windows XP pəncərələri üzərində tətbiq olunan növbəti əməliyyat sırasında pəncərəyə aid düymə və menyuların seçilməsidir. Menyunun aktivləşdirilməsi üçün klaviaturada ALT düyməsi sıxılır. Pəncərədə mövcud olan menyu və düymələrə müraciət üçün sadəcə siçanın göstəricisi ilə klik olunur.Pəncərə üzərində əməliyyatlarPəncərədə mövcud olan Görünüş-Вид düyməsinin köməyi ilə pəncərə daxilindəki obyektlərin və ya simgələrin görünüşünü dəyişmək olar.Pəncərə üzərində əməliyyatlar Beləliklə biz Windows XP əməliyyat sistemində Pəncərə üzərində əməliyyatlar mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий