Домой / Windows XP / Pəncərəyə aid elementlərin izahı

Pəncərəyə aid elementlərin izahı

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Pəncərəyə aid elementlərin izahı olacaq.
Bunun üçün istənilən pəncərəni ekrana çağıraq. Bizim nümunəmizdə bu Мой документы pəncərəsi olacaq. Digər Windows pəncərələrində olduğu kimi Windows XP pəncərələri də aşağıdakı elementlərdən təşkil olunub. Onlar aşağıdakılardır:
Pəncərənin başlıq zolağı və onun üzərində yerləşən üç element.Pəncərəyə aid elementlərin izahı Bu elementlərdən biri pəncərəni tapşıqlar panelinə bükür. Bu düymənin adı Свернуть adlanır.Pəncərəyə aid elementlərin izahıDigər düymə Развернуть adlanır. Bu düymənin köməyi ilə pəncərəni ekran boyu böyütmək və kiçiltmək olur.Pəncərəyə aid elementlərin izahıЗакрыть düyməsinin köməyi ilə pəncərəni bağlamaq mümkündür.Pəncərəyə aid elementlərin izahıPəncərənin başlıq zolağının aşağı hissəsində menyu sətri yerləşir. Menyu sətri ayrı-ayrı menyu bölmələrindən ibarətdir.Pəncərəyə aid elementlərin izahıMenyu sətrinin aşağı hissəsində ayrı-ayrı düymələrdən ibarət olan alətlər paneli yerləşdirilmişdir.Pəncərəyə aid elementlərin izahıBu düymələrin yerini dəyişmək mümkün deyil. Alətlər panelinin aşağı hissəsində ünvan sətri mövcuddur.Ünvan sətrində pəncərənin adı və pəncərənin simgəsi verilir.Pəncərəyə aid elementlərin izahıBizim nümunəmizdə Bələdçi pəncərəsi olduğundan onun görünüşü bir qədər fərqlidir. Belə ki, pəncərənin əsas işçi sahəsi iki hissədən ibarətdir. Birinci hissə kompüterimizdə mövcud olan ünvanların siyahısını istifadəçiyə təklif edir.Pəncərəyə aid elementlərin izahıPəncərənin sağ tərəfi isə seçilmiş obyektin tərkibini bizə nümayiş etdirir.Pəncərəyə aid elementlərin izahıPəncərənin aşağı hissəsində vəziyyət sətri yerləşir. Vəziyyət sətrində istər seçilmiş obyekt, istərsə də pəncərədə mövcud olan obyektlər haqqında ümumi məlumat yazılır.Pəncərəyə aid elementlərin izahıPəncərədə yerləşən obyektlərin görünüşünü dəyişmək üçün Вид düyməsindən istifadə olunur.

Pəncərəyə aid elementlərin izahı

Beləliklə biz Windows XP əməliyyat sistemində Pəncərəyə aid elementlərin izahı mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий