Домой / Elektron dərsliklər / Periferiya qurğusunun quraşdırılması

Periferiya qurğusunun quraşdırılması

Kompüterə yeni qurğunun qoşulmasından asan şey yoxdur. Periferiya qurğularının çoxu kompüterin dışından olur. Sizə ancaq uyğun bağlayıcını (konnektoru) tapıb, kabeli ora birləşdirmək qalır. Periferiya qurğuları kompüterin  içərisində də ola bilər; bu halda yeni qurğunu quraşdırmaq üçün sistem blokunu açmaq və onu genişləndirmə yuvasına (slotuna) taxmaq lazım gəlir. Bunun elə bir çətin proses olmamasına baxmayaraq, bu işi mütəxəssisə tapşırmaq daha yaxşı olar.

·   Periferiya qurğularının əksəriyyəti sistem blokunun  arxa panelində olan standart bağlayıcılara qoşulur.

·    Nəyisə quraşdırmadan  öncə kompüteri söndürün. Kompüterin necə  söndürülməsi  haqqında geniş təlimat 2. bölüm-də verilib.

·   Ən asanı USB-və FireWire- qurğularını  qoşmaqdır. Bu halda  kompüteri söndürməyə belə gərək yoxdur, sadəcə, kabeli birləşdirmək yetərlidir.

·      Adətən, öncə qurğu qoşulur, sonra isə uyğun drayverlər gərəkli  olan proqramlar quraşdırılır. 

Mənbə:İnformatika dərsliyi

Оставить комментарий