Домой / Elektron dərsliklər / Photoshop nədir?

Photoshop nədir?

 

photoshop nedirƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Photoshop – son dərəcədə gözəl və çox məqsədli proqramdır, dizayn və qrafika (cizgi və ştrixlərlə şəkil çəkmə üsulu) sənayesində birincidir.
Photoshop – ucsuz-bucaqsız imkanlar, yüzlərlə alətlər, minlərlə funksiyalar, milyonlarla effektlərdir. Bu na görə də hətta ən yaxşı Photoshop proqramında işləməyi bacaran professionallar belə hər şeyi bilmirlər. İlk baxışdan elə görünür ki, Fotoşopun öhdəsindən gələ bilməyəcik. Belə fikirləri başdan çıxardın. İnanın ki, Fotoşop tezliklə sizin ən yaxın dostunuz və əvəzedilməz köməkçiniz olacaq.Onu da qeyd edim ki,bundan sonra saytda yayımlanacaq dərsin mənbəsi http://photoshop-az.16mb.com-dur.
Photoshop biliyi Sizə nə verəcək?

Photoshop proqramında çox böyük imkanlar var. Siz bu proqramın köməyilə təbrik açıq məktublar, posterlər, kolajlar,photoshop nedir kitab cildləri, web-səhifəlin şablonları və s. yarada bilərsiniz.

Bu dahi aləti öyrənmək üçün, məsləhət görürük ki, bu saytda olan dərslər ilə yaxından tanış olun.

Təklif edilmiş dərslərdə siz şəkillərə xüsusi effeklər tətbiq edəcəksiniz, şəkil düzəldilməsinin bacarıqlı üsulları öyrənəcəksiniz. Bizim xeyirli dərsləri həyatda istifadə edərək, Siz böyük inamla şah əsərlər yarada bilərsiniz və onlar qəşəng jurnallarda olan şəkillərdən fərqlənməyəcək. Bu dərslər yeni başlayanlara çox kömək edəcək və professionallar üçün də öz biliyini qaldırmaq üçün yaxşı praktik dərslikdir.

Biz ümid edirik ki, Siz bizim saytımızın daimi qonağı olacaqsınız, vaxt keçərkən onun yaradıcısına da dönə bilərsiniz.Biz çox şad olarıq ki, Sizin şəxsi dərslərinizi də bu saytda yerləşdirək.

Hansı Fotoşop istifadə etmək lazımdır? Mütəxəssislər (və mən onlarla yazıyam) məsləhət görürlər ki, proqram original və ingilis dilində olsun.

Və mən bütün dərslərdə çalışmışam ki, bütün komandaları iki dildə yazım, amma ola bilsinki, rus dilində olan komandalar sizin Fotoşopda olan komandaları ilə düz gəlməsin. Bu ona görə di ki, bir neşə dənə rusifikator var və hər birində bəzi sözlər başqa cürə tərcümə olunub. Bu səbəblərə görə də original Photoshop proqramı məsləhət görünür.

Оставить комментарий