Домой / Elektron dərsliklər / Fotoşopun alətləri

Fotoşopun alətləri

Beləliklə burada biz fotoşopun alətlərindən və onlarin funksiyasından danışacayıq.
Rahat izah etmək üçün düymələr nömrələnib. Hər hansı düymənin alt sağ tərəfində kiçik üçbuçaq nişan varsa, deməli bu alətin bir neçə növü var. Bu növlərə keçmək üçün siçanın sağ düyməsilə alətin üstundə klik edirsiz və lazım olan aləti seçirsiniz.
photoshop tools1). Rectangular Marquee Tool (düzbucaqlı ayrılma — прямоугольное выделение ) – sənədin photoshop toolshansısa sahəsini ayrırmaq üçün təyin olunub ( bu alətin bir neçə növü: düzbucaq, oval, sütun və sətir).
2). Move Tool(yerdəyişmə — перемещение) – İş sahəsində qatı ya da onun seçilmiş hissəsinin yerini dəyişmək üçün təyin olunub.
3). Lasso Tool ( kəmənd —лассо) – bu alət daha çətin formanı seçmək üçün təyin olunub ( adilik, çoxbucaqlı, «uşurlu» maqnitli ).
4). Magic Wand Tool (sehrli çubuq — волшебная палочка ) – bu sehrli çubuq tək bir rəng olan sahəni seçir.
5). Crop Tool(kəsmək — kадрирование ) – bu alətlə şəkili lazim olan yerdən və lazım olan ölçüdə kəsmək olar.
6. Slice Tool( hissələrə kəsmək — разрезание на кусочки, фрагменты) – bu alət əsas şəkili Web üçün saxlayanda istifadə olunur.
7. Patcn ( yamaq — заплатка ) – bu alət sərbəst seçilmə və seçilmiş naxışla doldurmaq funksiyasını birləşdirir.Əsas bu alətlər retuş etmək üçün təyin olunublar.Spot Healing Brush Tool ( müalicə edən fırça — лечащая кисть) və Red Eye Tool (qırmızı göz effekti uzaqlaşdırma — удаление эффекта красных глаз) alətlər bu düymənin altında rast gəlir.
8. Brush Tool (fırça — кисть ) – fırça ( ya da qələm), bu adlar özləri özlərindən deyirlər — şəkillər çəkmək üçündür.
9. Clone Stamp Tool ( ştamp) – lazım olan sahələri klonlamaq üçündür. Şəkilləri retuşlamaq üçün çox sərfəli alət sayılır.
10. History Brush Tool ( tarixli fırça — историческая кисть) – sənədin tarixini dəyişilməsilə qarşıqlı əlaqədə olan bir original alətdir. Müəyyan olan sahədə qabaqcadan olan hərəkətləri göstərir, yəni hər hansı vəziyyətə qayıtmaq olar.
11. Eraser ( pozan — ластик ) – adi pozanın analoqu, şəkilin ayrı-ayrı hissələrini təmizləyir.
12. Gradient ( qradiyent — градиент ) – bir ya da bir neçə rəngin səlis doyma dərəcəsini doldurmaq üçündür. Alətin başqa növü isə Paint Bucket ( doldurmaq — заливка ) – şəkili bir rənglə ya da naxışla doldurmaq üçündür.
13. Blur Tool ( yuyulmuş — размытие ) – şəkilin hansısa sahəsini yuyultmaq üçündür. Sharpen ( sərtlik — резкость ) – bu alət şəkilin hansısa sahəsinin ziddiyyatıni qaldırmaq üçündür. Smudge ( ləkələmək(barmaq) — палец ) – şəkili barmaqla yuyultma efektinə bənzədir.
14. Sponge ( süngər — губка ) – şəkilin redaktə edən sahədə rəngin dolma dərəcəsini dəyişən alətdir.Dodge ( durultmaq — осветлитель ) – piksellərin parlaqlığı artır və ona görə bu sahə durulur. Burn (tündləşdirmə — затемнитель ) – əvvəlki alətin əksi.
15. Direct Selection ( bilavasitə seçilmə — непосредственное выделение ) – nöqtələrin mövqələrini dəyişdirməklə, konturları ( yolları) bilavasitə redaktə etməyə ixtiyar verir. Path Component Selection ( yolun (konturun ) tərtib etmiş hissələri seçmək — выделение компонентов пути ) – yerini dəyişmə, seçmə, surətini çıxarmaq, yerləşdirmək və ayrı-ayrı hissələri birləşdirmək.
16. Horizontal Type Tool (tekst — текст ) – şəkilin üstündə yazı yazmaq və ya yazını redaktə etmək üçündür.
17. Pen Tool ( lələk — перо) – dayaq nöqtələri qoymaqla,hansılar ki,bir-birilə avtomatik seqmentlərlə birləşirlər biz fotoşopda bu alətin koməyilə konturlar (yollar) çəkə bilərik. Konturdan başqa şəkillər də çəkmək olar.Bu alətin başqa növləri: Freeform Pen (sərbəst lələk — свободное перо ), Add Anchor Point ( Nöqtəni əlavə etmək — добавить точку ), Delete Anchor Point ( nöqtəni ləğv etmək — удалить точку ), Convert Point (nöqtənin dəyişdirilməsi — преобразовать точку ).
18. Shape. Şəkil çəkmək üçün alətlər: düzbucaq, girdələşdirilmiş düzbucaq, ellips, çoxbucaq, xətt və sərbəst forma.
19. Notes ( qeyd — заметки ) – kətanın hər hansı yerində yazılı qeydlər yaratmaq üçündür.
20. Eyedropper ( damcıtökən — пипетка ) – nöqtənin rəngini ölçmək üçündür. Color Sampler ( rəng etalonı — цветовой эталон) – 4 rəngi etalon kimi saxlamaq olar. Measure ( xətkeş — линейка) – şəkilin iki nöqtə arasıni ölçmək olar. Bu aləti bucaqölçən kimi də istifadə olar.
21. Hand Tool ( əl — рука ) – sənədin pəncərəsində böyük şəkili fırladmaq üçündür. Scroll Bars (firlatma zolağı — полоса прокрутки) istifadə etmək olar, ancaq çox hallarda Hand alətidən istifadə etmək yararlıdır.
22. Zoom Tool (lupa — лупа) – ekranda şəkilin miqyasını dəyişdirmək üçündür.
23. Default Foreground and Background Colors – ön planın və fonun əvvəlcədən razılıqla olan rəngləri bərpa edir.
24. Switch Foreground and Background Colors – qurulmuş ön planın və fonun rəngləri öz arasında dəyişdirir.
25. Set Foreground Color / Set Background Color – ön planın və fonun indiki olan rənglərini göstərir.
26. Edit in Standart Mode – standart halda redaktə etmək.
27. Edit in Quick Mask Mode – sürətli maska rejimində redaktə etmək.
28. Ekranın müxtəlif rejimləri.
29. Edit in İmage Ready – İmage Ready proqramında redaktə etmək.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий