Домой / İKT xəbər / Planşetlər ən çox hansı əməliyyatlar üçün istifadə olunur?

Planşetlər ən çox hansı əməliyyatlar üçün istifadə olunur?

“Gartner” tədqiqat şirkəti istifadəçilərin planşetlər üzərində ən çox hansı əməliyyatlar apardığı barədə araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, insanlar əksər hallarda elektron poçtu yoxlamaq üçün planşetlərdən istifadə edirlər. Tədqiqatçılar tərəfindən sorğuya cəlb olunan 81 faiz istifadəçi bu əməliyyatı edir.

68 faiz respondent xəbərləri, 63 faiz  hava proqnozunu  bu qurğudan oxuyur. Planşet sahibləri az-az hallarda sosial şəbəkələrdən (62 faiz) istifadə edirlər və  oyunlar (60 faiz) oynayırlar.

“Gartner” qeyd edir ki, sorğu iştirakçılarının əksəriyyəti planşetdən əlavə  telefon, kompyuter və televizora malikdir. İnsanlar, bir qayda  olaraq, bir qurğunu digəri ilə əvəz etmir və öz aparatlarından növbə ilə istifadə edirlər.

Həmçinin sorğu nəticəsində məlum olub ki, planşetlər digər qurğularla müqayisədə daha çox oxumaq üçün istifadə olunur. Respondentlərin təqribən üçdə biri kitabları və dövri mətbuatı planşetdən oxuduğunu bildirib.

Mənbə:Ictnews.az

Оставить комментарий