Домой / Elektron dərsliklər / Proqramın «Portable» versiyası nədir?

Proqramın «Portable» versiyası nədir?

Proqramın «Portable»  versiyası nədir?

Portable Soft

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Sizləri növbəti elektron dərsliyimdə salamlayıram. Bu günki elektron dərsliyimiz Portable proqramına həsr olunacaq. Yəqin ki internetdən proqram yükləyərkən fikir vermisiniz ki, proqramı istehsal edən şirkət proqram üçün iki versiya təklif edir. Onlardan biri də Portable proqramıdır. Bəs «Portable» proqramı nədir?

Portable proqramı və ya başqa cürə desək Portable Soft kompüterə quraşdırılma  tələb etmir. Bu o deməkdir ki, bu cür proqramın fayllarını sadəcə kopyalayıb kompüterə yerləşdirməklə ondan istifadə etmək olar. Bəs bu cür proqramın yaradılmasının üstünlüyü nədir?

Birinci müsbət cəhəti odur ki, bu cür proqramı məhdud funksiyalı istifadəçi rejimində işə salmaq mümkündür. Bunun üçün həmin şəxsə kompüterə daxil olmaq üçün admin hüququ tələb olunmur. Belə ki, adi qaydada proqramın kompüterə quraşdırılması zamanı sizdən admin hüququnun olması tələb olunur. Bu onun üçün nəzərdə tutulur ki, quraşdıracağınız proqram sistemin bir sıra hissələrində xüsusən reyestr fayllarında dəyişiklik aparır. Proqramın Portable versiyasında isə sistem reyestrində heç bir dəyişiklik aparılmır. Nəticədə ona görə sizdən kompüterə həmin proqramı quraşdırmaq üçün admin hüququ tələb olunmur.

Bu proqramın ikinci üstün cəhəti odur ki, onu rahatlıqla fləş diskə yazmaq mümkündür. Lazım gəldikdə digər komputerdə elə fləş diskin özü vasitəsilə proqramı işə salmaq olar.

İnternetdə müxtəlif istifadəçilər tərəfindən xeyli sayda müxtəlif proqramlara aid olan portable versiyalı proqramlar yaradılır. Bunların böyük əksəriyyəti internet şəbəkəsində ayrı-ayrı istifadəçilər tərəfindən öz aralarında paylanılır. Burada olduqca diqqətli olmaq lazımdır. Belə ki, ayrı-ayrı istifadəçilər tərəfindən yaradılan proqramın Portable versiyasında viruslar və ya virusa bənzər proqram təminatları ola bilər. Odur ki, proqramın portable versiyasını məsləhət görülmür ki, fayl menecer (fayl mübadiləsi saytları) və ya torrent treker saytlarından götürəsiz. Təbii məsləhət görürəm ki, proqramın Portable versiyasını onun istehsal edən rəsmi saytdan götürəsiniz. Amma burada belə bir problem var ki, hər proqram üçün onun Portable versiyası istehsalçı tərəfindən yaradılmır.

Sonda bir fikirlə məqaləmi tamamlamaq istəyirəm ki, bu gün internetdə bir sıra proqram təminatları vardır ki, onlar vasitəsilə digər proqramın portable versiyasını yaratmaq olar. Əgər sizə portable versiyalı proqramının yaradılması maraqlıdırsa, onda bu barədə mənim elektron poçtuma saytımın əlaqə bölümü vasitəsilə bildirin. Çalışaram sizin istəklərinizi nəzərə alıb əlavə dərslik hazırlayıb saytımda yerləşdirərəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий