Домой / Power Point 2003 / Microsoft Power Point 2003 proqramına giriş

Microsoft Power Point 2003 proqramına giriş

MS PowerPoint 2003  proqramı təqdimatların, şəkil və qrafiklərin göstərilməsi ilə müşayət edilən və mühazirələrin tərtibi üçün istifadə olunan proqramdır.

Təqdimat-slaydlar ardıcıllığından ibarətdir. Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər, animasiya effektləri vasitəsilə hərəkətə gətirilən şəkillər daxil edilə bilər. Hazır təqdimatlar dinləyicidə çap edilmiş qrafik materiallar şəklində yaxud elektron slayd film kimi təqdim edilə bilər. İnteraktiv təqdimatın göstərilməsi tamaşaçı tərəfindən idarə oluna bilər.

Power Point giris

MS PowerPoint 2003 proqramına daxil olmaq üçün Başlamaq-Start-Пуск menyusuna daxil olun. Açılmış səhifənin All programs-Bсе программы sətri seçilir. Daha sonra Microsoft Office paketini sonra isə Microsoft Office PowerPoint 2003 proqramını seçin.

Power Point girisProqram başlıq sətrindən, menyu sətrindən, alətlər sətrindən, tapşırıqlar panelindənvəziyyət sətrindən Power Point girisibarətdir. Proqramın başlıq sətri proqramın adından və slayda verilmiş addan ibarətdir. Əgər slayda ad verilməyibsə o Təqdimat1-Presentation1-Презентация1 kimi adlanacaq.

Power Point girisMenyu sətru. Ekranın başlıq sətrindən aşağıda yerləşir. Burada 9 əsas menyu komandası var.

Alətlər sətri. Burada tez-tez istifadə olunan düymələr yerləşir.

Tapşırıqlar paneli. Slaydın sağ küncündə yerləşir. Burada yeni slayd yaratmaq, rəngini dəyişmək, animasiya effektləri vermək və s. digər əməliyyatlar aparmaq olar.

Vəziyyət sətri. Cari slaydların sayını, nömrəsini və digər göstəricilər burada yerləşir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Один комментарий

  1. Mövzunuza qulaq asdım.Çox sağ olun ki,belə bir mövzu yaratmısınız.Çox sağ olun.Əlləriniz var olsun.

Оставить комментарий