Домой / Elektron dərsliklər / Printer üçün katric

Printer üçün katric

Həm şırnaqlı, həm də lazer printerləri kağızda görüntünü yaratmaq üçün mürəkkəbdən istifadə edir. Şırnaqlı printerlər üçün bu, mürəkkəbli kartric [cartridge; картридкж], lazer printerləri üçün isə yenə də kartricdə olan tozşəkilli mürəkkəb, yaxud tonerdən ibarətdir. Katric quruduqda yenisi alınmalıdır. Üç rəngli mürəkkəbli katricdə rənglərdən biri qurtardıqda da kartrici yeniləmək gərəkdir. Şırnaqlı printerdə katrici dəyişdirmək üçün öncə köhnəsini çıxarın. Yeni katricin qablaşdrıldığı folqanı (zərvərəqi) ehmalca açın. Qoruyucu örtüyü qoparın atın və printerin təlimatında göstərilən qaydada katrici yerinə taxın. Lazer printerlərində tonerin qurtarmağa yaxınlaçmasını ya xüsusi indikator, ya da maye-kristal tabloda çıxan Toner low yazısı vasitəsilə bilmək olur. Bu hal yarandıqda  katrici çıxarıb otərəf-butərəfə silkələyin və yenidən yerinə qaytarın. Bu müəyyən müddət işləməyə yetəcək, ancaq həmin xəbardarlıq ikinci dəfə baş verdikdə katrici dəyişdirmək lazım gələcək. Şırnaqlı printerlərdə mürəkkəbin sona yaxınlaşması ya printerin idarəetmə panelindəki indikator, ya da kompüterin ekranında məlumat şəklində bildirilir.

Mənbə:Kompüter bunu öyrənməyə nə var ki!..

Оставить комментарий