Домой / Word 2010 / Word 2010 proqramında sənədin və proqramın bağlanması

Word 2010 proqramında sənədin və proqramın bağlanması

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti doqquzuncu videodərsliyimdə sizləri salamlayıram. Bu günki dərsimizin mövzusu Word 2010 proqramında sənədin və proqramın bağlanması olacaq.İlk növbədə onu qeyd edim ki, Word 2003 proqramından fərqli olaraq Word 2010 proqramında sənədi bağlamaq üçün nəzərdə tutulan xüsusi bir düymə yoxdur.

Word 2010 proqramında sənədin və proqramın bağlanması

Word 2010 proqramında sənədin və proqramın bağlanması

Sənədi bağlamaq əmri

Bunun üçün biz ya menyu komandasından ya da klaviatur alternativindən istifadə edəcəyik.Gəlin ilk növbədə sənədi

bağlamaq üçün Fayl (Файл) menyusundan istifadə edək.Əvvəlcə siçanın göstəricisini Fayl (Файл) menyusuna

Word 2010 proqramında sənədin və proqramın bağlanması

Klaviatura ilə bağlamaq

yaxınlaşdırın və onun üzərində bir dəfə vurun.Və açılan menyudan Закрыть (Bağlamaq) adlanan sətri seçməliyik.Beləliklə sənədimiz bağlandı.Sənədi bağlamağın digər bir üsulu klaviatura vasitəsi ilədir.Bunun üçün əvvəlcə klaviaturada CTRL düyməsini sonra isə W hərfini sıxmalıyıq.Əgər sənədimizdə hər hansı bir dəyişiklik aparılıbsa,onda sənədimiz birbaşa bağlanmayacaq. Qarşımıza xəbərdaredici bir pəncərə çıxacaq.Oradakı verilən təkliflər belə olacaq.Sənədi yadda saxlamaq (Сохранить), sənədi yadda saxlamamaq (Не сохранять)

Word 2010 proqramında sənədin və proqramın bağlanması

Proqramdan çıxış

əməliyyatdan imtina (Отмена).Yəqin bu dediklərimin əlavə izahata ehtiyacı yoxdur.Bizim nümunədə Sənədi yadda saxlamaq (Сохранить) düyməsi sıxılacaq ki,aparılmış dəyişiklər yadda saxlanılsın.Gördüyümüz kimi proqramda sənədi bağladıq.Lakin proqramın özünü bağlamaq (işini tamamlamaq) istəyiriksə,onda əvvəlcə siçanın göstəricisini Fayl(Файл) menyusuna yaxınlaşdırın və onun üzərində bir dəfə vurun.Və açılan menyudan Выход əmrindən istifadə edin.Proqramı bağlamağın(işini tamamlamağın) digər üsulu proqramın başlıq sətri üzərində Закрыть düyməsinin vurulması ilə həyata keçirilə bilər.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu videodərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.Daha ətraflı aşağıdakı videodərslikdə…

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий