Домой / Windows 7 / Proqramın digər üsulla silinməsi

Proqramın digər üsulla silinməsi

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bu gün ki, video dərsimizin mövzusu Proqramın digər üsulla silinməsi olacaq. Əvvəlki video dərsimizdə biz proqram və onun komponentlərinin silinməsi üçün idarəetmə panelinin proqramı aparıldığını öyrəndik. Bu video dərsimizdə isə hər hansı bir proqram qovluğunda olan utilitin köməyi ilə silinməsini öyrənəcəyik. Bunun üçün ilk növbədə siçanımızın göstəricisini Başla menyusuna yaxınlaşdıraq və üzərində bir dəfə klik vuraq. Açılan baş menyunun все программы sətrinə müraciət edirik. Bu siyahıdan silmək istədiyimiz proqramın qovluğunu seçirik. Bizim nümunədə bu Convertilla proqramı olacaq. Convertilla proqramının qovluğuna daxil olduqda burada bir sıra faylları görmüş oluruq. Bu fayllardan biri məhz proqramı kompüterdən uzaqlaşdırmaq üçün nəzərdə tutulub. Bu cür faylın adı Uninstall adlanır. Məlumat üçün bildirmək istəyirəm ki, bəzi proqramların bu cür faylı məhz həmin qovluqda olmur. Uninstall sətrinə klik olunarsa, onda proqramı silən usta pəncərəsi meydana gəlir. Əməliyyatın aparılması təsdiq olunarsa bu zaman proqram və onun bir sıra komponentləri kompüterdən avtomatik olaraq silinir. Bəzi hallarda bir sıra proqramları göstərdiyim üsullar kompüterdən tam uzaqlaşdırmaq mümkün olmur. İstifadəçilərimizin çoxu proqramı silmək üçün delete düyməsindən istifadə edirlər. Bildirmək istərdim ki, səhv addımdır. Ona görə ki, bu cür silinmə proqramı kompüterdən tam uzaqlaşdırmır. Sadəcə istifadəçiyə görünən tərəfi silir. Qalan komponentlər isə kompüterin bu və ya digər qovluğunda qalmış olur. Bu cür yarımçıq silinmə gələcəkdə həmin proqramın təkrar kompüterə yüklənməsi zamanı əngəl yaradır. Məsləhət görülür ki, proqramın silinməsi zamanı onun təyinatına hökmən fikir verməlisiniz. Xüsusən antivirus kimi proqramların kompüterdən düzgün uzaqlaşdırılmaması sonradan böyük problemlər yaratmış olur.

Müəllif: Şaiq Qədirov

Оставить комментарий