Домой / Adobe Fhotoshop / Proqramın işçi pəncərəsi

Proqramın işçi pəncərəsi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Proqramın işçi pəncərəsi olacaq. Bir qayda olaraq Adobe Photoshop proqramının işçi pəncərəsi aşağıdakı elementlərdən ibarətdir. Məlumdur ki, bütün pəncərələrdə olan bir eleement başlıq çubuğu Adobe Photoshop proqramının işçi pəncərəsində də mövcuddur. Bu zolaq bütün elementlərdən əvvəldə dayanır.Proqramın işçi pəncərəsiBir qayda olaraq onun üzərində proqramın adısimgəsi, proqramda cari anda açılmış faylın adı, elecə də proqramı idarə edən üç düymə verilir. Üzərində x hərfi qoyulmuş düymə Close adlanır. Proqram pəncərəsini bağlamaq üçün nəzərdə tutulub. Digər düymə Maximum adlanır. Bu düymə vasitəsilə proqram pəncərəsini ekran boyu böyüdüb kiçiltmək olur. Minimum düyməsi ilə proqram pəncərəsini tapşırıqlar panelinə bükmək mümkündür. Başlıq zolağından sonra ayrı-ayrı menyu bölmələrindən ibarət olan menyu sətri yerləşir.Proqramın işçi pəncərəsiMenyu bölmələri isə müxtəlif əmrlərdən və komandalardan ibarətdir. Menyu bölmələri haqqında digər dərslərimizdə işlədikcə öyrənəcəyik. Digər bir element kimi sazlama panelini nümunə göstərmək olar. Əgər alətlər çubuğunda hansı alət seçilibsə, onda proqramın pəncərəsində həmin alətin sazlama paneli görsənməlidir.Proqramın işçi pəncərəsiBu panel bir növ aləti tənzimləmək, parametrlərini işə uyğun dəyişmək və digər əməliyyatlar üçün nəzərdə tutulmuşdur. Proqramın sol tərəfində alətlər paneli (çubuğu) yerləşir. Alətlər panelində mövcud olan alətlər konkret olaraq kateqoriyalara bölünüb.Proqramın işçi pəncərəsiProqramın sağ tərəfini isə bir qayda olaraq panellər və palitralar tutur. Nümunə olaraq HistoryActions panelini göstərmək olar.

Proqramın işçi pəncərəsi

O cümlədən Color, Styles ,Swatches kimi palitralar rənglə işləmək üçün nəzərdə tutulmuşdur. Panellər və palitralar ekranda bərkidilmədiyinə görə onu istənilən vaxt bağlamaq, bükmək, ölçüsünüyerini dəyişmək mümkündür.Proqramın işçi pəncərəsiƏgər iş zamanı bizə digər panel və palitralar lazım olsa, onda sadəcə proqramın Windows menyusuna müraciət etməyimiz kifayətdir.Proqramın işçi pəncərəsiBeləliklə biz Photoshop proqramında Proqramın işçi pəncərəsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий